İndiyədək TANAP-a 8,5 milyard dollar yatırılıb
"Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən onun komponentləri olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli layihələrdir".
Bunu "Anadolu" agentliyinə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
TANAP-ın tikintisinin sürətlə davam etdiyini bildirən SOCAR prezidenti bildirib ki, layihənin uğurunun təməlində Azərbaycanla Türkiyə arasında qurulan sağlam münasibətlər dayanır. "Hazırda TANAP-ın tikintisinin 77,3%-i tamamlanıb. Bildiyimiz kimi, ilkin mərhələdə bu kəmər vasitəsilə 2018-ci ilin ikinci yarısından etibarən Türkiyəyə 6 mlrd. kubmetr qaz nəql olunacaq. İkinci mərhələdə bu kəmər vasitəsilə Avropaya 10 mlrd. kubmetr qaz ixrac ediləcək. Biz ikinci mərhələyə 2019-cu ildən hazır olacağıq, lakin Avropanın hazır olması üçün 2020-ci ili gözləmək lazımdır. Sevindiricidir ki, Türkiyə hökuməti bu layihəyə böyük dəstək verir. Bunun hesabına biz layihəni reallaşdırılmasında qrafiki qabaqlayırıq", - deyə R. Abdullayev qeyd edib.
Dövlət şirkətinin rəhbəri deyib ki, indiyədək TANAP-a 8,5 mlrd. dollar məbləğində investisiya yatırılıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























