İZİA və AFEZ əməkdaşlıq edəcək
AFEZ səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olubİyunun 12-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
Sənaye parklarının rezidentlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev sənaye zonalarında investorlar üçün yaradılan imkanlar, İZİA ilə AFEZ arasında əməkdaşlıq prespektivləri barədə məlumat verib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov AFEZ iqtisadi zonada rezidentlərin qeydiyyat prosedurları, investorlar üçün tətbiq edilən fiskal və qeyri-fiskal imtiyazlardan danışıb, sənaye zonalarının rezidentlərini AFEZ-in rezidentləri ilə əməkdaşlıq əlaqələri qurmağa dəvət edib.
Görüş çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ələt Azad İqtisadi Zonası arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması, İZİA-nın idarəçiliyində olan sənaye zonalarının məlumat lövhəsinin Ələt Azad İqtisadi Zonasında yerləşdirilməsi və s. məsələlər müzakirə edilib.
Sonda AFEZ səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkın rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























