Microsoft-un gəliri və xalis mənfəəti artıb
Texnologiya və proqram nəhəngi Microsoft, bu ilin aprel-iyun dövründə mənfəət və gəlirinin artdığını açıqlayıb.
"Marja" Microsoft-dan verilən məlumata istinadən xəbər verir ki, bu ilin aprel-iyun dövrünü 2017-ci ilin maliyyə cədvəlində dördüncü rüb olaraq qəbul edən şirkətin xalis mənfəti təxminən iki dəfə artıb.
Şirkətin xalis mənfəəti, ötən ilin müvafiq dövrünə nisbətən 109% artaraq 3,12 milyard dollardan 6,51 milyard dollara yüksəlib.
Şirkətin gəliri də bu dövrdə 20,61 milyard dollardan 23,32 milyard dollara çıxaraq 13% artıb.
Microsoft-un bir səhmə düşən mənfəəti 0,39 dollardan 0,83 dollara yüksəlib.
Açıqlamada fikirlərinə yer verilən Microsoft-un İdarə Heyətinin sədri Satya Nadella, "Cloud (bulud) platformasındakı innovasiya fəaliyyəti sayəsində bu rübdə güclü nəticələr əldə etmişik" - ifadələrini istifadə edib.
Microsoft-un xalis mənfət və gəlirində artım görülməsilə, Nyu-York Birjasında şirkətin səhmi 4 faiz artaraq 77,20 dollara yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
11 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
12 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
13 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
























