Gədəbəyin İcra başçısı Söyüdlüyə gedib etiraz edən sakinlərlə görüşdü
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüşüb.
İcra başçısı kəndə gedərək sakinlərlə söhbət aparıb.
Orxan Mürsəlov jurnalistlərə bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib: “Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz də aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.
İcra başçısı Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılması, uşaqların əlil doğulması kimi məlumatların həqiqətə uyğun olmadığını bildirib.
O həmçinin qeyd edib ki, göl fəaliyyətini başa vurduqdan sonra üzəri torpaqla örtüləcək və ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.

XXX
“AzerGold” QSC bildirib ki, Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərin şirkət ilə heç bir bağlılığı yoxdur:
"Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsini ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti həyata keçirir".
XXX
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsi ilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb. Bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar:
"Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək".
Elşad Hacıyev qeyd edib ki, Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb:
"Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər. Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)






.jpg)







