7 kolbasa istehsalçısı barəsində iş qaldırılıb - ADLARI
Onlar qanun meydanında Dövlət Xidmətinə cavab verməli olacaqlar. Məhsulların keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri müəyyən edilib.Bəzi kolbasa istehsalçıları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlamasından və cəzasından sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə cavab verməli olacaqlar.
Marja.az xəbər verir ki, Dövlət Xidməti “Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb.
Qaldırılan iş - ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir.
Qaldırılan işlərə İyul ayı ərzində baxılacaq.
Qeyd edək ki, “Sevilən Ad” MMC "Əsl Dad", "Dilim-Dilim" markalı, “AL-SANA” MMC "Payım" markalı, “Səhliyalı” Kiçik Müəssisəsi "100 bərəkət Halal Nemət", "Səhliyalı", "Halal 5+" markalı, “MİR-2016” MMC "Köhnə Dad" markalı, “Hakan Foods Azerbaijan Trading” MMC "Kral" markalı, Vüqar Tahirov "Best Beef" və "Ocaq" markalı, Rövşən Məmmədov "Dadlıca" marakalı kolbasa və sosiskaların istehsalçısıdır.
Bundan öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müəyyən etmişdi ki, kolbasa və sosiska istehsalçıları üzərində mal əti yazdıqları halda alıcılara toyuq ətindən hazırlanmış məhsullar satıblar. Eyni zamanda, üzərində "halal" yazılmış kolbasaların tərkibində donuz əti olduğu aşkar edilmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























