"Gəlirimiz 1 milyard manatı üstələyib"
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 7 illiyi və 2023-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) şirkətin fəaliyyətə başlamasının 7 illiyi, eləcə də 2023-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
“AzerGold” QSC və törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivinin iştirak etdiyi, o cümlədən Bakı və Daşkəsəndə yerləşən inzibati ofis və istehsalat sahələrinin əməkdaşlarının videobağlantı formatında qatıldığı müşavirə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 2016-ci ilin 5 iyul tarixində fəaliyyətə başlayan şirkətin 7 il ərzində əldə etdiyi əsas nailiyyətlər barədə danışıb.
Bildirilib ki, “AzerGold” ötən dövrdə 4 mədən layihəsi – “Çovdar”, “Ağyoxuş-1”, “Mərəh” və nəhayət 2023-cü ilin fevral ayında “Tülallar” qızıl yatağının istismarına başlamağa, eləcə də 1 dəmir filizi yatağı – “Cənub-Şərq” mədəninin işlənməsini həyata keçirməyə nail olunub. Yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan şirkət hazırda həmin mədənin bazasında yaradılmış 1 regional emal sahəsi, 2 törəmə cəmiyyət – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC ilə yoluna davam edir.
“AzerGold” QSC-nin müstəqillik dövründə dövlət şirkəti qismində ilk qızıl və gümüş hasilatçısı, eləcə də ixracatçısı kimi uğurlu fəaliyyətinin təmin olunmasına nail olduğunu deyən Z.İbrahimov qeyd edib ki, səhmlərinin 100 faizi dövlətə məxsus olan şirkətin əsas məqsədi təkcə mədənlərin istismarı ilə iqtisadi gəlir əldə etmək deyil, eyni zamanda bu sahənin dayanıqlı inkişafı, dağ-mədən sahəsinin qeyri-neft-qaz sektorunda payının artırılmasıdır. Vurğulanıb ki, şirkətin fəaliyyətə başlamasının 7-ci ildönümü ərəfəsində ümumi satış gəlirləri 1 milyard 28 milyon manatı üstələyib. Satış gəlirlərlərinin 990 milyon manatını ixracdan əldə edilmiş gəlirlər təşkil edir. Belə ki, şirkətin uğurlu fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracını həyata keçirilib. İxracla yanaşı, ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalını daxili bazara yönəldilib. Bundan başqa, bu müddət ərzində dövlətə vergi formasında 119 milyon manata yaxın vəsait ödənilib. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlər isə 17 milyon manata yaxın olub ki, bu, ümumilikdə 136 milyon manat vəsait deməkdir.
Daha sonra İdarə Heyətinin sədri 2023-cü ilin birinci yarısının yekunları ilə bağlı danışıb. Qeyd olunub ki, bu ilin ilk 6 ayı ərzində Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə aparılan hasilat işləri nəticəsində ümumilikdə 18 min unsiya qızıl, 53 min unsiya gümüşün istehsalı həyata keçirilib. Qızıl hasilatı plandan 3 faiz, gümüş hasilatı isə 53 faiz artıq yerinə yetirilib. Hesabat dövründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birjasında satışı təmin edilib. Qızıl və gümüş ixracı isə müvafiq ardıcıllığa uyğun olaraq plandan 31 faiz və 74 faiz artıq icra edilib. Birinci yarımil ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib.
Birinci yarımildə dövlət büdcəsinə vergi formasında ödənilən vəsait isə 15 milyon manata yaxın olub. Hesabat dövründə təqribən 2 milyon manat DSMF-yə vəsait köçürülüb.
QSC-nin fəaliyyətinin əsas prinsiplərini təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik təşkil etdiyini qeyd edən Z.İbrahimov diqqətə çatdırıb ki, qəbul edilən Sosial Təsir və Məsuliyyət üzrə Siyasət çərçivəsində yerli icmaların sosial-iqtisadi inkişafının dəstəklənməsi, ətraf mühitin mühafizəsi istiqamətində fəal iş aparılır, icra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir. Bu xüsusda mədənlərə yaxın ərazilərdə yaşayan vətəndaşlarla mütəmadi görüşlərin keçirildiyi, onların müraciətlərinə həssas münasibət göstərildiyi və qanunvericilik çərçivəsində həlli ilə bağlı müvafiq addımların atıldığı bildirilib.
Tədbirdə, həmçinin geoloji kəşfiyyat, yeni mədən və infrastruktur layihələrin icrası, məşğulluq, kadr siyasəti ilə bağlı məsələlərdən danışılıb, əməkdaşların işə cəlb edilməsi prosesinin QSC-nin hasilat və istehsalat fəaliyyətinin təşkil edildiyi bölgələrdə yaşayan vətəndaşların, xüsusilə müharibə iştirakçıları, şəhid ailəsi üzvlərinin müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi əsasında davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda İdarə Heyətisinin sədri cari ilin ikinci yarısı üçün “AzerGold” QSC və onun törəmə şirkətlərinin qarşısında duran vəzifələr barədə müvafiq tapşırıqlarını verib, hər il olduğu kimi, 2023-cü ilin sonunda da Səhmdar Cəmiyyətin fəaliyyətində artım tempinin qorunması, qeyri-neft-qaz sektorunu təmsil edən şirkət olaraq ölkəmizin iqtisadi inkişafına yeni töhfələrin verilməsinin önəmi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
3 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
4 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
22 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
23 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
23 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!





















