Dövlət Vergi Xidmətinin saytı informasiya açıqlığına görə 1-ci yeri tutub
Mərkəzi icra orqanlarının rəsmi saytlarının informasiya açıqlığı baxımından dəyərləndirilməsi nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytı (www.taxes.gov.az) 89,83%-lə ilk yeri tutub. Bu, “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsünün yekun hesabatında əks olunub.
Bu barədə Marja-ya Dövlət Vergi Xidmətindən bildirilib.
Dövlət qurumlarında informasiya şəffaflığının ölçülməsi ardıcıl olaraq bir neçə ildir aparılır. Təqdim olunmuş hesabat 2023-cü ilin yanvar-mart aylarında həyata keçirilib və 2022-ci ilin vəziyyətini əks etdirir. Bu il "Dövlət Qurumlarında Informasiya Şəffaflığının Ölçülməsi" Təşəbbüsü çərçivəsində 14 dövlət qurumu, 17 nazirlik, 7 komitə, 19 Dövlət Xidməti, 30 agentlik, 20 Açıq Səhmdar Cəmiyyəti (ASC) va Qapalı Səhmdar Cəmiyyəti (OSC), 28 fond, idarə, mərkəz, MMC-lər, 16 şirkət, komissiya, institutlar və digər qurumların saytları monitorinq olunub. Ümumilikdə, mövcud qanunvericiliyə əsasən, informasiya sahibi rolunda mövcud olan 151 dövlət qurumu və hüquqi şəxslərin rəsmi saytı monitorinqə cəlb edilib.
Dövlət qurumlarının informasiya resurslarının "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, rəsmi internet resurslarının informasiya açıqlığının vəziyyəti müxtəlif metodlarla monitorinq edilib. Bu zaman, xüsusilə Qanunun 29-cu maddəsinə uyğun olaraq, açıqlanması zəruri olan informasiyaların açıqlıq vəziyyəti öyrənilib.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarının onlayn şəffaflıq vəziyyəti 13 parametr və 59 qiymətləndirici meyar üzrə analiz olunub. Dövlət qurumlarının rəsmi internet resurslarında onlayn şəffaflıq vəziyyətini ölçmək üçün rəsmi saytlarda yerləşdirilən 8.968 informasiya blokunun hər biri fərdi analiz edilib. Bununla yanaşı, dövlət qurumlarının dövlət xidmətləri ilə bağlı vahid məlumat portalına (https://www.dxr.az) inteqrasiyasının real vəziyyəti araşdırılıb, həmçinin, dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin https://www.e-gov.az vəziyyəti təhlil edilib.
İnformasiyaların və xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən hərtərəfli analiz edilməsi məqsədilə 10.562 bloka giriş edilib. Monitorinqin nəticələrinə görə, mərkəzi icra orqanlarının informasiya açıqlığı baxımından 89.83%-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (www.taxes.gov.az) ilk yeri tutub. Monitorinqə cəlb edilən 151 mərkəzi icra hakimiyyəti orqanının saytları arasında yalnız 64 sayt 50%-dən çox nəticə göstərib. İlk onluqda olan dövlət qurumlarının informasiya açıqlığı 81.43%-dir.
Qeyd edilməlidir ki, mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytı (www.taxes.gov.az) Dövlət Xidmətləri arasında da ilk yerdədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 d. əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
20 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
20 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
21 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Ən çox oxunanlar
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi


















