Azərbaycanda boşluqlarının aşkarlanması platforması işə düşdü - "QARABUG"
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Qarabug” (www.qarabug.az) informasiya təhlükəsizliyi boşluqlarının aşkarlanması platformasını istifadəyə verib.
Bu barədə Marja-ya Dövlət Xidmətindən bildirilib.
Məlumatda deyilir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik istiqamətində milli həllərə mentorluq dəstəyi göstərir. Belə həllərdən biri də yaxın günlərdə fəaliyyətinə start verilmiş “Qarabug” - informasiya təhlükəsizliyi boşluqlarının aşkarlanması platformasıdır. “www.qarabug.az” platforması kibertəhlükəsizlik sahəsinə yeni baxış gətirməklə yanaşı, sistemlərdəki zəifliklərin etik şəkildə açıqlanması mədəniyyətinin formalaşdırılması və ölkəmizdə güclü “bug bounty” ekosisteminin inkişaf etdirilməsi baxımından faydalı olacaqdır.
Klassik informasiya təhlükəsizliyi auditlərinə yeni alternativ olaraq yaradılan “Qarabug” startapına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi auditləri üzrə testlərə əhatəli yanaşma, audit olunacaq sistemlərdə fasiləsizliyin təmini və aşkar edilmiş boşluqların qorunması siyasətinin formalaşdırılması istiqamətində mentorluq dəstəyi göstərilmişdir.
Hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aşağıda sadalanan digər milli kibertəhlükəsizlik istiqamətlərinin də inkişaf etdirilməsinə öz dəstəyini göstərməkdədir:
- İnfrastrukturda informasiya təhlükəsizliyinə xidmət edən mühafizə sistemlərinin effektivliyinin testləri üçün nəzərdə tutulmuş “Tusi Couple” - zərərverici simulyasiyası aləti;
- Kiçik və orta ölçülü müəssisələrdə zərərverici aktivliyinin tədqiqi üçün “EDR, XDR” həllərində tətbiq edilən “Threat Hunting” modelinə alternativ zərərverici indikatorlarını (İOC) və izlərini mərkəzləşdirilmiş formada istifadəçi kompüterlərindən axtarmağa və analiz etməyə imkan verən “10C Hunter” aləti;
- Kiberinsident araşdırmaları üçün ekpertiza məlumatlarının toplanması prosesini sadələşdirmək, tədqiqatın effektivliyini və sürətini artırılmaq üçün hazırlanan “Tusi Paleon” aləti (https://mrl.cert.gov.az/).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















