"Ziraat Bank Azərbaycan" 2023-ün 1-ci yarısını artımlar ilə başa vurub - BANKDA SON VƏZİYYƏT
"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin ikinci rübünə dair maliyyə hesabatlarını yayımlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Ziraat Bank Azərbaycan" ilin əvvəlindən başlayan müsbət artım dinamikasını davam etdirərək müştərilərinin etimatını qazanmağa davam edib.
Qeyd edilib ki, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artaraq 348 milyon manata çatmışdır. Portfelin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən olan və real sektora dəstəyini göstərən biznes kreditlər təşkil edib. Belə ki, 2023-cü ilin 2-ci rübündə Bankın real sektorun maliyyələşdirilməsinə ayırdığı vəsaitlər 335 milyon manatı keçib.
Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. Təqdim edilən maliyyə nəticələrinə görə 2023-cü ilin ilk 6 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən ilin ilk altı ayı ilə müqayisədə 98,6% artaraq 452 milyon manatı artıq olmuşdur.
Bankın əməliyyat mənfəəti də ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.4% artaraq 10 milyon manatı keçmişdir.
Maliyyə hesabatına əsasən, bank 2023-cü ilin ilk altı ayı ərzində 4 milyon 128 min manat xalis mənfəət əldə etmişdir.
Qeyd edilib ki, Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın aktivləri 52.1 % artaraq 670 milyon manatı keçmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
2 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 4 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)






