Azərbaycanda yeni “Super Portal” istifadəyə veriləcək
Bütün sənədlərimiz telefonda-cibimizdə olacaqİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) yeni elektron hökumət “Super Portalı”nın konsepsiyasını təqdim edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadla xəbər verilir ki, Agentlik “e-Gov”, “MyGov” və “rih.gov.az” əsasında yeni, vahid bir elektron hökumət portal - “Super Portal” və mobil versiyası (Rəqəmsal cüzdan) təklif edir. Resurs tam rəqəmsal olacaq. İlkin mərhələdə 10 sənədin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, diplomlar və s.) tam rəqəmsal sənədə keçirilməsi nəzərdə tutulub. Data əsaslı xidmət olacaq. Yəni, bu resursa daxil olaraq təqdim edilən məlumat sadəcə məlumat olmayacaq, rəsmi sənəd statusu qazanacaq. Bununla da bütün sənədlərimiz telefonda-cibimizdə olacaq.
Vətəndaş hökumətin göndərdiyi bildirişləri qəbul edə biləcək. Vətəndaş fərdi məlumatlarına nəzarət edəcək. “Super Portal”da dövlətin bütün elektron xidmətlərinin olması nəzərdə tutulur.
İRİA-nın açıqlamasında bildirilib ki, bu istiqamətdə bir çox mərkəzi qurumlarla real əməkdaşlıqları var. İlin sonunadək “Super Portalı”n istifadəyə verilməsi gözlənilir.**
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























