“Xəzər Festivalı Coke Studio ilə birgə” adlı musiqi festivalı keçiriləcək
5 avqustda Gəncədə, 12 avqustda Qəbələdə, 19 avqustda Sumqayıt və 23 avqustda Bakıda konsert keçiriləcək. Coca-Cola tədbirin tərəfdaşıdır.(®) Coca-Cola-nın əməkdaşlığı ilə baxımlı telekanallardan olan Xəzər TV ölkədə ilk dəfə Coke Studio ilə birgə Xəzər Festivalı təşkil edir.
“Xəzər Festivalı Coke Studio ilə birgə” avqust ayı ərzində Azərbaycanın dörd böyük şəhərini əhatə edəcək. Belə ki, Festival 5 avqust Gəncə, 12 avqust Qəbələ, 19 avqust Sumqayıt, 23 avqust isə Bakı şəhərlərində təşkil olunacaq. Saat 20:00-da start götürəcək konsertlərə giriş sərbəstdir.
Festivalda ölkənin məşhur sənətçilərindən – Murad Arif, Natavan Həbibi, Hiss, Nigar Jamal, Dilarə Kazımova, Azad Şabanov, Promete və başqaları ifaları ilə çıxış edəcəkdir.
Coca‑Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, insanlara xoşbəxtlik gətirən Coca-Cola bu festivalla yayı unudulmaz edəcək:
“Coca-Cola olaraq festivalın tərəfdaşı olmaqdan məmnunluq duyuruq. Yayda insanların daha çox əyləncəyə üstünlük verdiyini nəzərə alaraq “Xəzər Festivalı Coke Studio ilə birgə” festivalına start veririk. İnanıram ki, böyük şəhərlərdə keçirəcəyimiz bu musiqi festivalında insanlar əsl musiqi möcüzəsi yaşayacaqlar”.
Hər konsertdə musiqi ab-havasında Coke Zone da təşkil olunacaq.
Qeyd edək ki, Coca-Cola şirkəti fəaliyyət göstərdiyi ölkələrdə musiqinin və əyləncənin bir parçasına çevrilir. Coca-Cola Azərbaycanda da “Musiqi 2023” kampaniyası, “Xəzər Festivalı Coke Studio ilə birgə” festivalı və digər musiqili, əyləncəli tədbirlər keçirir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















