220 mindən çox Asan İmza sertifikatı verilib
2023-cü ilin yanvar-iyul ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 346.847 şəxs qəbul edilib, onlara 651.130 sayda xidmət göstərilib ki, bunlardan 175 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 159 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
Bu barədə Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Ümumi elektron xidmətlərin 87,9 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
-Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
-Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
-Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
-Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
-Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
-Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
-Asan İmza sertifikatlarının verilməsi;
-Vergi ödəyicisinə arayışların verilməsi;
-Fiziki şəxsin uçotdan çıxarılması;
-Vergi ödəyicisinin fəaliyyətinin bərpası.
Yanvar-iyul ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 14,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 7,2 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 232 mindən yuxarı SMS göndərilib. Dövr ərzində 1.994 vergi ödəyicisinin iştirakı ilə 159 görüş keçirilib, 2.754 ödəyiciyə ünvanlı xidmət göstərilib.
İlin əvvəlindən ümumilikdə 146.608 müraciət üzrə 221.162 Asan İmza sertifikatı verilib. 11,2 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















