Dünyanın ən yaxşı universitetlərində təhsil almış şəxslər TOP Talks-da bir araya gələcək!
(®) “ROOF Academic Training” şirkətinin təşkilatçılığı ilə 20 avqust 2023-cü il tarixdə “JW Marriott Absheron Baku Hotel”də dünyanın ən yaxşı universitetlərində təhsil almış şəxslər “Parlaq Gələcək Üçün” bir araya gələcək.
Təşkilatçının yaydığı məlumata görə, tədbirin məqsədi ölkə gənclərində keyfiyyətli təhsilə qarşı maraq yaratmaq, bunun əlçatan olduğunu göstərmək və onları fərqli perspektivlər, həmçinin təcrübələrlə tanış etməkdir.
Top universitetlərə gedən yolu qət etmiş şəxslər həmin universitetləri hədəfləyən gənclərə bu yolda dəstək olmaq üçün öz hekayələrini paylaşacaq, məsləhətlər verəcək və bu universitetlərlə bağlı təcrübələrini bölüşəcəklər.
Tədbir "Başlanğıc Nöqtəsi", "Gələcəyə Baxış", "Finiş Nöqtəsi" panelləri üzrə davam edəcək. İlk panel “ROOF Academic Training” şirkətinin icraçı direktoru və marketinq rəhbəri Nabat Hüseynzadənin moderatorluğu və Amerikanın Massaçusets Texnologiya İnstitutu tələbəsi Salman Hüseynov, Almaniyanın Münhen Texniki Universiteti tələbəsi, DAAD təqaüdçüsü İlhamə Mirzəcanzadə, Türkiyənin İstanbul Texniki Universiteti tələbəsi Cavad İbrahimlinin spikerliyi ilə baş tutacaq.
"Gələcəyə Baxış" paneli zamanı “ROOF Academic Training” şirkətinin xaricdə təhsil şöbəsinin rəhbəri moderator Vüsalə Mustafayeva və spikerlər - Belçikanın Brüssel Vrije Universiteti tələbəsi Fatimə Gülmalıyeva, Amerikanın Pensilvaniya Universiteti məzunu Aydın İmranov və Türkiyənin Sağlık Bilimleri Universiteti tələbəsi Şəms Həsənli xaricdə təhsil aldıqları müddətdə qazandıqları təcrübələrini iştirakçılarla bölüşəcək.
“ROOF Academic Training” şirkətinin təsisçisi Rüfət Hüseynzadə "Finiş Nöqtəsi" panelinin moderatoru olacaq. PhD Kouç və Etisist, ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin və Birləşmiş Krallığın Nottinqem-Trent Universitetinin məzunu Vüqar Sadiq, Rabitəbankın marketinq rəhbəri, Çinin Beynəlxalq Biznes və İqtisadiyyat universiteti məzunu Orxan Salayev, Menecment konsultant, ABŞ-ın Kellogg biznes məktəbi və Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin məzunu Ələkbər Eyvazlı “Parlaq Gələcək Üçün” fikir mübadiləsi aparacaq, iştirakçıların suallarını cavablandıracaqlar.
Ətraflı: https://form.jotform.com
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















