Özbəkistanda nağd şəkildə pensiyalar barmaq izi ilə veriləcək
2023-cü il noyabrın 1-dən Özbəkistan pensiyaçıları pensiya və müavinətləri barmaq izi ilə nağd şəkildə alacaqlar.
Marja xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında büdcədənkənar pensiya fondunun mətbuat xidməti məlumat yayıb.
“Özbəkistanda noyabrın 1-dən pensiya və müavinətlərin barmaq izi ilə verilməsi planlaşdırılır, vətəndaşlar xüsusi planşetdə barmaq izini skan etdikdən sonra pensiya və müavinətləri nağd şəkildə ala biləcəklər”, - məlumatda deyilir.
Qeyd edilir ki, bu, pul emissiyası zamanı təxminən yarıya qənaət etməyə imkan verəcək.
“Əgər barmaq izləri Fərdiləşdirmə Agentliyinin məlumat bazasına uyğun gəlmirsə, o zaman pensiya və müavinətlərin ödənişləri reyestrinə imza atmaqla ödənişi qəbul etmək olar”, - deyə pensiya fondundan əlavə ediblər.
Hazırda Özbəkistanda nağdsız formada pensiya almaq istəyini bildirmiş pensiyaçıların kartlarına köçürülür, qalanları isə yerli özünüidarəetmə orqanlarının binalarında müvəkkil təşkilatların əməkdaşlarından alırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
55 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)







.jpg)







