Alıcıları aldatdığı, malları dəyişdirmədiyi və qaytarmadığı iddia olunan şirkətlərin adları açıqlandı - SİYAHI
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatlar açıqlanıb.
Marja.az Xidmətə istinadən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 8 fiziki şəxs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında qərarı ilə cərimə olunub, 38 hüquqi şəxs barəsində tərtib olunmuş protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
İnzibati xəta barədə protokollar 24 halda mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması, 8 halda qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi, 6 halda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, 3 halda dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən fərqli qiymətə satılması, 3 halda istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsi, 1 halda ictimai iaşə müəssisəsində istehlakçılara təqdim olunan menyunun düzgün tərtib olunmaması, 1 halda isə istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı tərəfindən istehlakçıya məlumatın verilməməsi ilə əlaqədar tərtib edilib.
Təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib. Vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 38 hüquqi, 8 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
2023-cü ilin yanvar-iyul ayları ərzində istehlakçı hüquqlarının qorunması və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 4109 vətəndaş müraciətinə baxılıb. Bu, 2022-ci ilin müvafiq dövründə qeydə alınan göstəricidən (3372 müraciət) 21,9% yüksəkdir. Hesabat dövrü ərzində Dövlət Xidmətinə daxil olan 1463 müraciət təmin olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,8% artım deməkdir. Təmin olunan müraciətlər nəticəsində 216 878 manat vəsait istehlakçılara geri qaytarılıb, 36 501 manat məbləğində dəymiş ziyan ödənilib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1332 müraciət təmin olunub, 188 298 manat vəsait istehlakçılara qaytarılıb, 15 080 manat dəyərində dəymiş ziyan ödənilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 16 d. əvvəl
-
18 d. əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
20 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
21 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























