Azərbaycanda kimya məhsullarının istehsalı artır
2017-ci ilin birinci yarısında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2016-cı ilin analoji dövrü ilə müqayisədə 22,4% artırıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 362,7 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, 2017-ci ilin birinci yarısında kimya məhsullarının istehsal həcmi 22,4%, rezin və plastmas məmulatların istehsal həcmi 48,5% azalıb. Əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə artıb”, - deyə Komitədən bildiriblər.
Məlumatlara əsasən, bu dövrdə azot istehsalı 0,7% - 11 mln. 172,6 min kubmetrə qədər, propilen istehsalı 0,6% - 28 min tona qədər, polietilen istehsalı 2,7% - 53,7 min tona qədər, etilen istehsalı 2,5% - 55,3 min tona qədər, izopropil spirti istehsalı 27,8% - 7 min 880,2 tona qədər, metanol istehsalı 7 dəfə - 93,7 min tona dəqər, lak-boya məhsulları istehsalı 37,6% - 4 min 75,5 tona qədər artıb.
Cari ilin birinci yarısında yod istehsalı 1,7% - 94,8 tona qədər, oksigen istehsalı 70,6% - 1 mln. 522,4 min kubmetrə qədər, başqaüzvü həlledicilər istehsalı 48,6% - 4 min 361 tona qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























