“MKT İstehsalat Kommersiya” şirkəti “Açıq Tarla Günü” tədbiri keçirib
(®) “MKT İstehsalat Kommersiya” MMC 24 avqust 2023-cü il tarixində şirkətin Yevlax İnnovasiya Fermer təsərrüfatında respublikamızın müxtəlif regionlarından gələn fermer, aqronom və xarici qonaqların iştirakı ilə “Açıq Tarla Günü” tədbiri keçirilmişdir. Tədbir iki hissədən ibarət olmaqla, 200-dən çox fermer və xarici şirkət nümayəndlərinin iştirakı ilə baş tutumuşdur.
Tədbir çərçivəsində qonaqlar “MKT İstehsalat Kommersiya” MMC -nin Yevlax İnnovasiya Fermer təsərrüfatında Azərbaycanın yerili iqlim şəraitinə uyğun olub-olunmaması məqsədi ilə becərilən 9-dan çox pambıq çeşidləri ilə tanış olmuşdur. Bununla yanaşı iştirakçı fermer və aqronomlar becərilən çeşidlər barədə tərtib edilmiş qiymətləndirmə sorğusunda iştirak edərək, müşahidə etdikləri çeşidlər barədə öz fikirlərini bölüşmüşdür.
Tədbirin ikinci hissəsində pambıqçılıq sahəsində mühüm təcrübəyə malik xarici şirkət nümayəndələri - “ProGen Tohum”, “May Tohum”, “Ceyhan Tohum”, “Hekagro” və “Saxalinski” Kalium Qumat şirkətinin yerli nümayəndələrindən ibarət mütəxəssis heyəti çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
“Açıq tarla günü” tədbirinin həyata keçirilməsində məqsəd fermerlərlə şirkət arasında olan əlaqələrin inkişafına, fermerlər və istifadə etdilən dərmanlama, suvarma kimi xidmətləri təqdim edən şirkətlər arasında dialoqun möhkəmlənməsinə, həmçinin “MKT İK” MMC-nin innovasiya fermer təsərrüfatlarında aparılan pambıq sınaq əkin nəticələri ilə fermerləri tanış edərək ümumilikdə pambıqçılıq sektorunun inkişaf etməsi, məhsuldarlıqda hektar başına düşən sentnerin artmasına xidmət edir.
İllər boyunca şirkətin fermerlərlə birgə çalışması, bitkiyə düzgün qulluq prosedurlarına əməl olunması, damlama və pivot suvarma sistemlərinin tətbiq edilməsinin nəticəsi olaraq “MKT İK” MMC Azərbaycanın qeyri-neft sektorunda 2022-ci ilin bütün ayları ərzində ixrac lideri olaraq, ölkəmizdə pambıqçılığın inkişafına böyük töhvələr vermiş və mühüm uğurlara imza atmışdır.
“MKT İK” MMC pambıqçılığın inkişafı üçün bu növ tədbirlərin davam edəcəyini, bu sahədə fermer və şirkət əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə mühüm çalışmaları davam etdirəcəkdir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 d. əvvəl
-
-
46 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















