Ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsinə sayılı günlər qalıb
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), “Sağlam Ailə Tibb Mərkəzi” və “Facemark” şirkətinin ortaq təşkilatçılığı ilə ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsi 16 noyabr tarixində “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaqdır.
Tədbirin keçirilməsində məqsəd səhiyyə sistemi və xidmətlərinin effektiv təşkili, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yalnışları müəyyənləşdirmək, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Tədbir “Fərq Yaradır” konsept mesajı ilə bir gün davam edəcək Zirvə “Səhiyyədə dövlət və özəl sektor tərəfdaşlığı”, “Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma”, “Səhiyyədə Strateji İdarəetmə” panelləri üzrə 15-dək spiker və moderatoru bir araya gətirərək ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək.
Zirvədə ölkənin özəl və dövlət tibb müəssisələrinin nümayəndələrinin, yerli və xarici spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri, çıxışlar gerçəkləşəcək. Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, xarici ekspertlər, millət vəkilləri, dövlət, həmçinin özəl tibb müəssisələrinin nümayəndələri və digər qonaqlar iştirak edəcək. Fəaliyyət göstərdiyi istiqamət üzrə yeniliklərə imza atmaq və səhiyyə sahəsində çalışan 400 nəfərədək peşəkarla bir arada olmaq istəyən hər kəs qatıla bilər.
Zirvə haqqında ətraflı məlumatı və iştirak üçün biletləri www.hmsbaku.az rəsmi veb saytından, eyni zamanda sosial media hesablarından əldə etmək mümkündür.
Facebook: https://www.facebook.com/hmsbaku
İnstaqram: https://www.instagram.com/hmsbaku
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















