Həyat sığortası seçərkən nələrə diqqət edilməlidir?
(®) İcbari həyat sığortası ilə nəzarətiniz olmadan baş verə biləcək bir çox iş qəzalarından qoruna bilər, şirkət büdcənizin əlavə xərclərlə zədələnməsinin qarşısını ala bilərsiniz. İcbari həyat sığortasının əhəmiyyəti də elə bu neqativ hallarda ortaya çıxır. Bu sığorta növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini itirməsi hallarını və ya ölümü ilə bağlı sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi qaydalarını tənzimləyir.
Fərqli sığorta şirkətləri tərəfindən təklif olunan həyat sığortaları eyni adla adlandırılsa da, detallarda ciddi fərqlər ola bilər. Bəs həyat sığortası şirkətini seçərkən nələrə diqqət etməliyik? Gəlin, bu məsələyə daha yaxından nəzər salaq:
- Həyat sığortası şirkəti ilə əməkdaşlıq əsasən etibara əsaslanır. Bu səbəbdən, hüquqi aspekti ilə yanaşı, xidmət təminatçısının etibarlı, hərtərəfli xidmət təminatçısı və bu sahədə peşəkar olması mütləqdir. Həyat sığortası alarkən və ya seçərkən, bu xidmətə nələrin daxil olub, olmadığı nəzərə alınmalıdır.
- Təcili və lazımi anlarda sürətli dəstək almaq üçün təcrübəli və peşəkar sığorta şirkətini seçmək çox vacibdir. Müştəri münasibətlərinin uğurlu idarə olunması şirkətlərin öz müştərilərini yaxşı tanıması, onların ehtiyac və tələblərinə uyğun məhsul və xidmətlər inkişaf etdirməsi deməkdir. Bunun üçün də şirkətin əlçatan olması son dərəcə zəruridir.
- Sığorta şirkətləri maliyyə bazarlarında çox mühüm funksiyaya və daim inkişaf edən dinamik struktura malikdir. Sığorta sektorunun bazarlarda payı qlobal və regional inkişafa mütənasib olaraq artır. Hər il ölkəmizdə fəaliyyət göstərən həyat sığorta şirkətləri beynəlxalq və yerli standartlara uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayırlar. Həyat sığortası seçərkən şirkətin maliyyə vəziyyətinə də önəm verilməsi vacibdir.
- Loyallıq və bağlılıq yaratmaq üçün müştəri məmnuniyyəti və müştəriyönümlü yanaşma önəmli aspektlərdəndir. Sığorta sektorunda müştəriyönümlü idarəetmə yanaşması belə ifadə olunur: müştərinin tələblərini, gözləntilərini və ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq, qısa müddətdə və peşəkar şəkildə necə cavab veriləcəyi barədə məlumat əldə etmək və müştəri məmnuniyyətini təmin etmək, müştəri loyallığını qorumaq və əlçatan olmaq. İndiki dövrdə sığorta sektoru inkişafa, rəqabətə ən açıq sektorlardan biridir və sektordakı müxtəlif şirkətlər eyni məqsəd üçün fəaliyyət göstərirlər.
Ölkəmizdə hər bir sahibkar, işəgötürənin əməkdaşlarının həyatını “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta” üzrə təmin etməsi mütləqdir. Onun icbari qaydada tətbiq olunması isə ictimai zərurətdən irəli gəlib, burada həm işəgötürənin, həm də işçilərin mənafeləri ön planda tutulur. Bu sığorta növündən yayınma işçilərin həyatlarını təhlükəyə atmaqla yanaşı, həm də işəgötürənlərin 5000 AZN-dək cərimələnməsinə zərurət yaradır.
“İcbari Həyat Sığortası” haqqında ətraflı məlumat əldə etmək üçün (012) 942 çağrı mərkəzinə və ya https://icbari.pasha-life.az veb-saytına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat sonra
- 20 d. əvvəl
-
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
2 saat əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
2 saat əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ən çox oxunanlar
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb






.jpg)






.jpg)





