İlon Mask amerikalı milyarderlər siyahısında birinci yerdə qalıb
Amerikalı sahibkar, Tesla və SpaceX-in sahibi İlon Mask ABŞ-ın ən varlı adamları siyahısında birinci yerdə qalıb; onun sərvəti Twitter-i almasına baxmayaraq, 2022-ci ildən dəyişməyib və Forbes məlumatlarına görə, 251 milyard dollar qiymətləndirilir.
Marja.az xəbər verir ki, Amazon-un qurucusu və keçmiş rəhbəri Ceff Bezos ikinci yerə yüksəlib, onun sərvəti 2022-ci ildəki 151 milyard dollardan 161 milyard dollara yüksəlib. Onun ardınca "Oracle" informasiya texnologiyaları korporasiyasının həmtəsisçisi və keçmiş baş direktoru Larri Ellison gəlir. Forbes yazır ki, Ellisonun sərvəti 158 milyard dollar qiymətləndirilir - bu, keçən il 101 milyard dollardan çox yüksəkdir. Sərvətindəki artım süni intellektin populyarlığı sayəsindədir.
Dördüncü yeri məşhur amerikalı sərmayədar Uorren Baffet bir il əvvəlki 97 milyard dollarla müqayisədə 121 milyard dollar sərvətlə tutub. Beşinci yerdə Google-un ana şirkəti olan Alphabet-in keçmiş rəhbəri Larri Peyc (93 milyard dollardan 114 milyard dollar), altıncı yerdə Microsoft-un həmtəsisçisi Bill Qeytsdir (onun sərvəti 2022-ci ildəki 106 milyarddan 111 milyard dollara yüksəlib).
Yeddinci yeri keçmiş Alphabet-in prezidenti, Google-u Page ilə birlikdə qurmuş Sergey Brin tutur. Forbes Brinin sərvətini əvvəlki ilə nisbətən 21 milyard dollar artaraq 110 milyard dollar olaraq qiymətləndirib.
İlk onluqda Meta şirkətinin baş direktoru Mark Zukerberq (110 milyard dollar qiymətləndirilir - əvvəlki ilə nisbətən 21 milyard artıb), Microsoft-un keçmiş baş direktoru Stiv Balmer (83 milyard dollara qarşı 101 milyard dollar) və eyniadlı media agentliyinin yaradıcılarından biri, Michael Bloomberg (96,3 milyard dollar) qarşı 76,8 milyard) tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat sonra
-
-
9 d. əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
33 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 44 d. əvvəl
-
57 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
12 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb























