Rusiya şirkəti SOCAR-a 1,5 milyard dollar kredit ayıracaq
Rusiyanın özəl neft istehsalçısı "Lukoyl", Azərbaycanın dövlət neft şirkəti SOCAR-a Türkiyədəki STAR neft emalı zavodunda Rusiya xam neftini yenidən emal etməyə imkan verəcək daha geniş saziş çərçivəsində 1,5 milyard dollar kredit verəcək.Rusiyanın “Lukoil” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1,5 milyard ABŞ dolları məbləğində kredit ayıracaq.
Türkiyə mətbuatınn verdiyi məlumata görə, bundan başqa, Lukoil” SOCAR-ın Türkiyədəki yatırımı olan STAR neft emalı zavoduna Rusiya xam neftini tədarük etməyə başlayacaq.
Hazırda zavodun emal gücü gündəlik 200 min barel neft təşkil edir.
Moskvanın 2022-ci ildə Ukraynaya hücumundan sonra sonra Avropa Birliyinin sanksiyalarına əməl etmək üçün əksər avropalı neft emalı müəssisələri Rusiyadan xam neft idxalını dayandırıb.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Avropadakı neft emalı zavodları Rusiya xam neftinin idxalını dayandırıb. Bu müqavilə sayəsində “Lukoil” Rusiya limanları yaxınlığında daha bir müştəri qazanacaq. Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Türkiyə Rusiya nefti və təbii qazını ixrac etməyə davam edir.
Lakin bu yay aylarında STAR neft emalı zavodu Rusiya ilə ticarətdə beynəlxalq maliyyə məhdudiyyətlərindən yaranan çətinliklər səbəbindən Rusiya xam neftinin idxalını dayandırıb və onu Qazaxıstanın KEBCO nefti ilə əvəz edib. 2022-ci ildə gündəlik orta hesabla 100 min barel “Urals” nefti alan STAR neft emalı zavodu bu il gündəlik orta hesabla 50 min bareldən az Rusiya nefti əldə edib.
Yeni sazişə görə, “Lukoil” oktyabr ayından STAR neft emalı zavodunu gündəlik təxminən 100 min barel “Urals” nefti ilə təchiz etməyə başlayacaq. Bu, STAR neft emalı zavodunun emal gücünün yarısını təşkil edir. Artıq Rusiya şirkətinin tədarük etdiyi “Azure Celeste”, “Ocean Faye” və “Sea Fidelity” adlı üç neft tankeri sentyabrın sonu – oktyabrın əvvəlində 100 min ton “Urals” nefti yüklədikdən sonra Primorskdan Türkiyəyə yola düşüb. Bu tankerlərin yeni təchizat müqaviləsi çərçivəsində ilk tədarüklər olduğunu bildirilir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
50 d. əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
-
-
55 d. əvvəl
Tramp: “İrana qarşı hərbi əməliyyatın ‘böyük dalğası’ hələ başlamayıb”
-
6 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
7 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi





















