“SOCAR-Polymer” sifariş yığmağa çalışır
İyulun 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Yerli istehsalın dəstəklənməsi istiqamətində müəssisələrarası əlaqələrin qurulması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR Polymer” MMC-nin istehsal edəcəyi məhsulların sahibkarlar tərəfindən xammal kimi istifadə imkanlarından geniş bəhs edilib, ixrac potensialının genişlənməsində, yeni iş yerlərinin açılmasında müəssisənin əhəmiyyəti vurğulanıb.
“SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov qeyd edib ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. “SOCAR Polymer” layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. 2018-ci ilin əvvəlinə Kanada texnologiyası əsasında illik istehsal gücü 180 min ton polipropilen və Avstriya texnologiyası əsasında illik istehsalı gücü 120 min tonluq yüksək sıxlıqlı polietilen olan istehsal xətlərinin istismara verilməsi nəzərdə tutulur. Xammal olaraq “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq. Müəssisənin tikintisində 3 minə yaxın işçi çalışır.
Tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Quliyev “SOCAR-Polymer” MMC-nin əhəmiyyətini vurğulayaraq, gələcəkdə həmin müəssisənin ətrafında klasterlərin yaradılması imkanları barədə danışıb.
Sonra sahibkarlarla "SOCAR Polymer"in məhsullarından istifadə imkanlarına dair müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























