Azərbaycanın ən böyük bankının sədri son 3 ili qiymətləndirdi
"Son üç ildə biz gələcək inkişafımız üçün möhkəm təməllər formalaşdıran geniş transformasiya proseslərindən keçdik". "Biz gənc müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış yeni məhsul və xidmətləri təqdim etmək üçün daha böyük səylə çalışacağıq".Xəbər verdiyimiz kimi, regionun ən böyük maliyyə qurumlarından olan ABB (Azərbaycan Beynəlxalq bankı) 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, Hesabat ABB-nin İdarə Heyətinin Sədri Abbas İbrahimovun ön sözü ilə başlayır.
İbrahimov, "ABB-nin strateji inkişafında xüsusi əhəmiyyət daşıyan 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatımızı sizə təqdim etməkdən məmnunam" yazıb və davam edib:
"2022-ci ildə ABB-nin üç illik inkişaf strategiyasının bir dövrü (2020- 2022) başa çatdı və Bank yeni strateji mərhələyə daxil oldu.
"Son üç ildə biz gələcək inkişafımız üçün möhkəm təməllər formalaşdıran geniş transformasiya proseslərindən keçdik.
Bu gün 3000-dən çox əməkdaşı özündə birləşdirən böyük ABB komandası ilə 2020 - 2022-ci illərdə müxtəlif təşəbbüslər irəli sürərək onları uğurla icra etdik. Məhsul və xidmətlərimizin keyfiyyətinə, onların müxtəlif sosial qruplar və regionlar üçün əlçatanlığına diqqət yetirdik. Korporativ müştərilərimiz üçün xidmət modelimizi yenidən formalaşdırdıq və mövcud müştərilərimizlə əlaqələrimizi gücləndirdik".
Abbas İbrahimov qeyd edib ki, son bir neçə il dünya iqtisadiyyatı üçün müxtəlif çətinliklərlə xarakterik olub:
"COVID-19 böhranı, iqlim anomaliyaları və geosiyasi qeyri-sabitliyin yaratdığı mənfi təsirlər inflyasiya meyllərini yüksəltdi, bizneslər üçün bir sıra problemlər yaratdı.
Azərbaycan Respublikası Mərkəzi Bankı 2022-ci ildə öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəlmiş addımlar atdı. O cümlədən 2022-ci ildə inflyasiya təzyiqinin yumşaldılması məqsədilə müvafiq tədbirlər həyata keçirildi.
Həmçinin hökumət qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq, özəl sektorun milli iqtisadiyyatda payını artırmaq üçün aparılan islahatların davamı olaraq bir sıra dəstək proqramları həyata keçirdi. ABB-nin maliyyə sektorunda ən yaxşı işəgötürən olmağı vurğulayır. Sürət və mükəmməllik yeni strateji dövrdə bizi irəli aparan əsas performans meyarlarımız olacaq".
Bankın sədri vurğulayıb ki, digər müştəri seqmentləri ilə yanaşı, gənclərlə də güclü və uzunmüddətli əlaqələr qurmaq üçün böyük potensial görürlər:
"Biz gənc müştərilərin ehtiyaclarına uyğunlaşdırılmış yeni məhsul və xidmətləri təqdim etmək üçün daha böyük səylə çalışacağıq. Bu, bizim müasir və davamlı inkişaf edən bank olmaq məqsədimizi əks etdirir.
Biz “Beyond banking” təkliflərimizi genişləndirməyə davam edirik. Öhdəliyimiz ənənəvi maliyyə xidmətlərindən kənara çıxaraq maliyyə savadlılığını təşviq edən, cəmiyyətin inkişafını dəstəkləyən və davamlı gələcəyə töhfə verən təşəbbüsləri əhatə edir.
İqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində artan tendensiya, iqlim dəyişikliyi ilə təxirəsalınmaz mübarizə, qlobal maliyyə artımı ABB üçün yeni imkanlar yaradır. Biz maliyyə resurslarının daha dayanıqlı və yaşıl layihələrə yönəldilməsində, iqlim dəyişikliyinin azaldılması istiqamətində aparılan fəaliyyətdə rol oynamağı planlaşdırırıq.
Kənd təsərrüfatında, regionun enerji keçidində imkan və riskləri düzgün qiymətləndirərək dayanıqlı maliyyəni strateji qərarların qəbuluna inteqrasiya etməyi nəzərdə tuturuq."
Abbas İbrahimov qed edib ki, məsuliyyətli biznes təcrübəmizə sadiqlik, uzunmüddətli dövr üzrə göstərdiyimiz səylərin bizi strateji məqsədlərimizə çatdıracağına inamımızı möhkəmləndirir:
"Bu Dayanıqlı İnkişaf Hesabatı bizim 2022-ci ildəki inkişaf yolumuzun, nailiyyətlərimizin və gələcəyə baxışımızın ümumi təsviridir. Sizi zaman ayırıb hesabatı oxumağa, nəticələrimizi araşdırıb performansımızı dəyərləndirməyə dəvət edirəm.
Bu inkişaf yolumuzda bizimlə birgə olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bütün uğurlarımızın arxasında Sizin zəhmətiniz və dəstəyiniz durur. ABB-yə etibar etdiyiniz üçün minnətdarıq. Gəlin, önümüzdəki imkanlardan faydalanaq və cəmiyyətimiz üçün müsbət təsirlər yaratmağa davam edək!"
Hesabatla buradan tanış ola bilərsiniz.
Hesabat haqqında
GRI 2021 Standartları maliyyə cəhətdən əhəmiyyətli davamlılıq məlumatlarını müəyyənləşdirmək və hesabat vermək üçün biznesə rəhbərlik etməkdə mühüm rol oynayır. GRI Standartları maraqlı tərəflərin gözləntilərinə və sektor təsirlərinə diqqət yönəldir, həmçinin şirkətləri davamlılıq performanslarını ölçmək, idarə etmək və şəffaf şəkildə hesabat vermək üçün təlimatlandırır. ABB 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatını (bundan sonra “Hesabat”) təqdim edir, burada beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə, qabaqcıl təcrübələrə istinadən Bankın əməliyyatları, təcrübələri və əhəmiyyətli mövzuları üzrə açıqlamalar verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq



















