Bankçılıq Forumunda “AzInTelecom” stendində SİMA məhsullarını praktiki test edin
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək VII Beynəlxalq Bankçılıq Forumuna (IBF 2023) qatılacaq. 1-2 noyabr tarixlərində keçiriləcək forumda şirkət “Əsas sponsor” qismində stendlə çıxış edəcək.
“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” devizi ilə təşkil edilən tədbirdə maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi təşkil olunacaq. “AzInTelecom”un stendində şirkətin rəqəmsal bankçılıq üçün faydalı xidmət və rəqəmsal məhsulları təqdim ediləcək. Bir sıra rəqəmsal həllər praktiki formada iştirakçılara nümayiş olunacaq.
Xüsusilə banklar üçün unikal imkanlar təqdim edən SİMA Rəqəmsal Həllər Platformasına daxil olan SİMA rəqəmsal imza, SİMA KYC, “SİMA Pay” məhsulları və bulud xidmətləri ilə maraqlanan şəxslər “AzInTelecom”un stendinə yaxınlaşaraq ətraflı məlumat ala bilərlər. İştirakçılar, həmçinin “SİMA Pay” həllinin demo versiyasını praktiki olaraq test edə, “SİMA İmza” ilə bağlı son yeniliklərlə tanış ola bilərlər.
Eləcə də artıq istifadəyə verilən SİMA KYC həllinin iş prinsiplərini öyrənə bilərlər. Stenddə viktorinanın keçirilməsi və fərqlənən iştirakçılara hədiyyə verilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, SİMA Rəqəmsal Həllər Platformasına daxil olan “SİMA İmza” mobil tətbiqi artıq 600 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 30-a yaxın qurumla inteqrasiya yekunlaşıb, 100-dən artıq inteqrasiya davam etdirilir. Artıq 6 bankın müştəriləri müxtəlif bank əməliyyatlarını (kredit götürmə, debet kart sifarişi, sənədlərin imzalanması və s.) “SİMA İmza” ilə heç yerə getmədən, növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” bankların iş yükünün azaldılması üçün zəmin yaradır. Həmçinin vətəndaşlar SİMA KYC-nin biometriya texnologiyası ilə “m10” tətbiqində identifikasiyadan keçərək kimliyini təsdiqləyə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























