Bakcell Əhmədlidə yeni mağaza açdı
Ölkənin ən böyük özəl mobil operatoru olan Bakcell yeni mağazasını abunəçilərin ixtiyarına verib. Bununla birlikdə şirkət öz texnoloji yeniliklərini hər kəs üçün daha da yaxın etmək imkanı yaradıb.
Əhmədli metrostansiyasının yaxınlığında yerləşən yeni mağazada modern atmosfer, müasir standartlara cavab verən elektron növbə sistemi ilə yanaşı, abunəçilərin Bakcell-in məhsulları ilə yaxından tanış ola biləcəkləri elektron guşədə əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq.
Mağazada premium zəng xidməti olan VoLTE-nin aktivləşdirilməsi, yeni nəsil sim texnologiyası – eSim satışı, tarif və sürətli internet paketlərinin aktivləşdirilməsi ilə yanaşı 10 növdən çox xidmət təqdim olunur.
“Bakcell olaraq hər zaman innovasiyanın və rəqəmsallaşmanın gücünə inanmışıq. Əhmədli filialımız da bu gücü sizə daha yaxın etmək üçün bir vasitədir. Sərhədləri aşaraq innovativ yenilikləri sürətlə ölkənin hər nöqtəsinə çatdırmaq əsas hədəflərimizdən biridir.” - deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.
Ölkənin dörd bir yanında “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirən Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























