"Yağışlar vəziyyəti çətinləşdirib, məhsuldarlıq 10 faiz aşağı düşüb"
Yağış Ağcabədidə pambıqçılığa mənfi təsir göstəribAğcabədi rayonunda 11 min 492,7 hektar sahədə çiyid səpini həyata keçirilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb. Lakin yağıntılı hava şəraiti Ağcabədi rayonunda pambıq yığımında problemlər yaradıb. İntensiv yağışlar səbəbindən məhsulun yetişməsi gecikib. Həmçinin məhsuldarlığın azalmasına səbəb olub.
Bu barədə Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov deyib:
– Bu il tarlalara vaxtında və səmərəli aqrotexniki qaydada qulluq göstərdik. Vaxtında görülən işlər səmərəsini vermişdi, pambıq kolları yüksək səviyyədə bar verməyə hazır idi. Hər şey öz axarında gedirdi, lakin avqust və sentyabrda yağan yağışlar vəziyyəti çətinləşdirdi, pambıq məhsulu üçün problemlər yaratdı. Məhsulun bir hissəsi itkiyə getdi, keyfiyyət isə aşağı düşdü. Bundan əlavə, yağıntılı hava şəraiti qozalarda çürümə yaratdı, pambıq tarlalarında texnikaların da hərəkəti çətinləşdi.
Mənim də pambıq sahəm var. Yağış səbəbindən yığıma gec başladıq. Bu il pambığın məhsuldarlığı keçən illə müqayisədə 10 faiz aşağı düşüb. Eyni vəziyyət digər fermer təsərrüfatlarında da müşahidə olunur.
Hoyabrın 1-nə rayonda 4 min 548 hektar sahədə pambıq yığımı aparılıb və 14 min 123 ton məhsul əldə edilib. Yığım davam edir. Hər hektar üzrə orta məhsuldarlıq 32,5 sentner təşkil edib. Bu, ötən ilin göstəricisindən 1,6 sentner azdır. Yığımın sonunadək məhsuldarlığı saxlamağa çalışacağıq.
Ötən təsərrüfat ilində Ağcabədi rayonunda 11 min 838,6 hektar sahədə çiyid səpini aparılmış, sahələrdən 40 min 362,6 ton xam pambıq tədarük edilmişdi. Hər hektardan orta məhsuldarlıq 34,1 sentner təşkil etmiş, bununla da, Ağcabədi pambıqçıları respublika üzrə ən çox məhsul əldə edən rayonlardam biri olmuşdu.
Abbas Süleymanov bildirib ki, pambıqşılıq Ağcabədi iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biridir. Əmək tutumlu sahə olan pambıqçılıq on minlərlə imsanı işlə təmin edir. Rayonda işsizliyin aradan qaldırılmasında rol oynayır. O, həm də çox gəlirli sahədir.
2023-cü ildə pambığa görə subsidiya ötən ilə nisbətən yüksək olacaq. 2023-cü il üçün subsidiya əmsalları barədə qəbul olunmuş qərara əsasən, fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası alacaqlar.
© "Xalq qəzeti"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
58 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























