Qırğızıstan şirkətlərinin nümayəndələri Azərbaycanın iri sənaye parkında olublar
Şirkət nümayəndələri Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında mövcud əlverişli investisiya imkanlarından yararlanmaqla biznes layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.Qırğızıstanda tekstil, tikinti, aqrar, logistika və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.
Görüşdə iştirak edən Qırğızıstan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanlarından danışıblar.
Eyni zamanda şirkət nümayəndələri Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında mövcud əlverişli investisiya imkanlarından yararlanmaqla biznes layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
9 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 13 d. əvvəl
-
-
28 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı


























