Neft şirkətlərinin nifrət etdiyi şirkət yeni avtomobilini təqdim edib
Bazarın dörd gözlə gözlədiyi avtomobil
Elektrikli və sürücüsüz istifadə xüsusiyyətləri ilə gələcəyin avtomobili "Tesla Model 3" yollara çıxmağa hazırlaşır.
"Marja" xəbər verir ki, qQurulduğu 2003-ci ildən bu yana neft şirkətlərinin heç xoşuna gəlməyən bir layihəni davam etdirərək yalnız elektrikli avtomobil istehsal edən Tesla, yeni avtomobilini təqdim edib.
Tesla ilk dəfə 2008-dci ildə "Roadster", 2012-ci ildə "Model S" , "2015"ci ildə isə "Model X" modelini təqdim etmşdi. Bazarın maraqla gözlədiyi "Model 3"ün təqdimatı da bazar günü baş tutub.
Təqdimata, Tesla-nın İcraçı direktoru Elon Musk ilk fazada istehsal edilmiş 30 "Model 3"dən biri ilə salona daxil olub.
Sıfır emissiyalı elektrikli mühərriki olan, münasib qiymətli" avtomobil istehsal etməyi qarşısına məqsəd qoyan Muskın yeni maşını 35 min dollardır . Model ABŞ və Avropa standartlarına görə "lüks" sinfinə daxil olmur. Əvvəlki versiya "Model S"in qiyməti isə 69 min 500 dollar idi.
Avtomobilə 80 min 500 kilometrə qədər dörd il zəmanət verilir, batareyanın zəmanəti təxminən 161 min kilometrə qədər və ya səkkiz ildir.
Saatda 100 kilometr sürətə təxminən 6 saniyədə çıxan "Model 3"ün maksimum sürəti saatda 210 kilometrdir. Bu məsafəni bateriyanı 30 dəqiqədə dolduraraq qət etmək olar. Elektrikli avtomobilin mənzili isə 354 kilometrdir.
Avtomobilin 500 kilometr mənzilli variantı isə 44 min dollara satılır. Bu variantın da maksimum sürəti saatda 225 kilometrdir.
Əgər, "sadəcə, maşına minib gedim" deyirsinizsə, sürüşə və yola nəzarət edəcək avtomatik pilot üçün 5 min dollar ödəmək lazımdır.
Açarsız idarə olunan "Model 3", Wi-Fi və LTE internet əlaqəsi ilə səslə kontrol, Bluetooth, arxa kamera kimi texnologiyalara malikdir.
Tesla, digər avtomobil istehsalçılarından fərqli olaraq ön sifariş üsulu ilə işləyir. Yəni Tesla həvəskarları, öncədən sifariş verərərk avtomobili əldə edirlər. "Model 3"ə bu günə qədər verilən sifarişin nə qədər olduğu rəsmi olaraq açıqlanmasa da, texnologiya saytları 500 minə yaxınlaşdığını yazırlar.
Teslanın internet saytından qeydiyyatdan keçb, min dollar ödəyərək sıra nömrəsi almaq mümkündür. Maşınınıza qovuşmaq üçün 12- 18 ay gözləyə bilərsiniz.
2017-ci ilin sonuna qədər ayda 20 min "Model 3"ün sahiblərinə təhvil verilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 d. sonra
-
34 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 35 d. əvvəl
-
-
42 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
48 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb























