Agentliyin sədri yeni brend təqdim etdi
İRİA “Digital Azerbaijan” brendini təqdim edib“Inmerge İnnovasiya Sammiti” çərçivəsində çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva yeni “Digital.Azerbaijan” brendini təqdim edib.
Təqdimatda bildirilib ki, “Digital.Azerbaijan” İRİA-nın innovasiya və rəqəmsallaşma üzrə gördüyü işlərin mərkəzləşdirilərək bir çətir altında həyata keçirilməsini təmin edəcək brenddir. Belə ki, İRİA-nın rəqəmsal hökumət, rəqəmsal səriştələr və innovasiya ekosistemi üzrə təşəbbüsləri “Digital.Azerbaijan” brendi altında həyata keçiriləcək. Gələcəkdə “Digital.Azerbaijan” həm yerli, həm də qlobal miqyasda bütün təşəbbüslər üçün vahid sima rolunu oynayacaq.
İRİA-nın sədri İnarə Vəliyeva təqdim olunan yeni brend haqqında bunları deyib:
“Digital.Azerbaijan” İRİA-nın gələcəyə baxışını və ölkənin rəqəmsal inkişafına sadiqliyini nümayiş etdirir. Səyahətimizin bu yeni mərhələsində bizi yeni öhdəliklər və çağırışlar gözləyir. Bununla belə, biz bu yolda sarsılmaz əməkdaşlıq, tərəfdaşlıq və kollektiv səylə qarşıda duran missiyanın və çağırışların öhdəsindən gəlməyə hər zaman hazırıq”.
Qeyd edək ki, “Digital.Azerbaijan” brendi altında “Digital.Academy”, “Digital.finance”, “Mygov”, “Digital.docs”, “Digital.login” və digər məhsul və layihələr üzrə işlər həyata keçiriləcək. Bununla yanaşı, Agentliyin brendə uyğun yenilənmiş veb-saytı yaxın zamanlarda təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























