“Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki, vizada onlara qarşı mülayim olsunlar” - SƏFİR
İtaliyanın Bakıdakı səfiri Klaudio Taffuri əməkdaşlarına vizaya görə müraciət edən Azərbaycan vətəndaşlarına qarşı maksimum mülayim olmağı tapşırıb.
Bu barədə K.Taffuri bildirib.
“Mən şəxsən səfir olaraq əməkdaşlarımıza bildirmişəm ki, azərbaycanlılar bizim dostlarımızdır, biz dost xalqıq və tapşırıq vermişəm ki, viza məsələsində azərbaycanlılara qarşı maksimum diqqətli, mülayim olsunlar, viza imkanları onlar üçün rahat olsun”, - o söyləyib.
Diplomat qeyd edib ki, noyabr ayında İtaliya səfirliyi üçün xidmət göstərən Viza Mərkəzi açıldıqdan sonra proses daha da asanlaşıb:
“Bu günədək İtaliya səfirliyinə Şengen vizası üçün müraciət həddən çox olub. Say çoxluğu səbəbilə fiziki olaraq həmin müraciətlərin hamısını cavablandırmağa çatdırmaq mümkün olmurdu. Elə buna görə də noyabr ayının əvvəlində İtaliya səfirliyi üçün xidmət göstərən yeni bir viza mərkəzi açıldı”, - səfir deyib.
Onun sözlərinə görə, həmin vaxtdan, mərkəz, demək olar ki, gündəlik yüz müraciət qəbul edir və onların hamısına baxmaq mümkün olur. Diplomat bildirib ki, səfirliyin saytında viza mərkəzi ilə əlaqə saxlama yolları barədə ətraflı məlumat verilib.
Bununla bərabər səfir Şengen vizası üçün ilk dəfə müraciət edənlərə İtaliyanın diplomatik missiyası tərəfdən imtina edilməsi barədə iddiaları təkzib edib: “Bu kimi iddiaları qəbul etmirik. Bəzi qaydalar var ki, biz ölkə olaraq onlara riayət etməliyik. Adından da məlum olduğu kimi, Şengen vizası sırf bizim ölkəyə məxsus bir sənəd növü deyil, bütövlükdə Şengen ərazisinə aiddir. Bizim üçün Şengen vizasına birinci dəfə müraciət etmək problem kəsb etmir”.
O vurğulayıb ki, hər bir səfirliyin tələb etdiyi sənəd siyahısı var ki, onlar mütləq şəkildə təqdim edilməlidir: “Əgər kiminsə sənədlərində çatışmazlıq olarsa, sistem müraciəti qəbul etmir və belə olan təqdirdə, şəxsin rədd cavabı alması normal haldır”, - deyə o vurğulayıb.
Viza üçün müraciət edən azərbaycanlıların sayına gəldikdə isə K.Taffuro bildirib ki, müraciətlərin hesablanmasını Konsulluq və ya viza mərkəzi həyata keçirir: “Ancaq bununla belə, onu dəqiq deyə bilərəm ki, viza üçün müraciət edənlərin əksəriyyəti vizasını alır. Bir məqamı xüsusilə diqqətə çatdırım ki, Şengen vizasına müraciət edilirsə, vizanı hansı ölkənin Konsulluq xidmətinin verməsi elə də önəmli deyil. Belə ki, sistem sənədləri qəbul etdikdən sonra Şengen ölkələrinin hər biri bu müraciətə müsbət cavab verməlidir. Yəni bu vizanın verilməsi sadəcə İtaliya Konsulluğunun səlahiyyətində deyil. Bəzən şəxsən mənim özümə vizadan rədd cavabı aldığı üçün etiraz edənlər olub. Araşdıranda görmüşük ki, sənədlərində çatışmazlıq var”.
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir





















