“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi qəbul edilib
“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi üçüncü (sonuncu) oxunuşda qəbul edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, Rəqabət Məcəlləsi bazarda azad rəqabəti stimullaşdıracaq, ölkədə biznes mühitinin əlverişliliyinin artmasına zəmin yaradacaq, kiçik və orta biznes subyektlərinin bazara giriş imkanlarını genişləndirəcək, təbii inhisar subyektləri üzərində daha səmərəli nəzarət sisteminin təşkilini mümkün edəcək.
Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Plenar iclasda millət vəkilləri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev və digər səlahiyyətli şəxslər iştirak ediblər.
İclasda çıxış edən Milli Məclisin Komitə sədri Tahir Mirkişili Məcəllə layihəsinin qəbul olunmasının vacibliyini qeyd edib, onun ölkədə özəl sektorun inkişafını dəstəkləyən əlverişli biznes mühitinin inkişafına təkan verəcəyini vurğulayıb.
Müzakirələrdən sonra Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü (sonuncu) oxunuşda qəbul edilib.
Qeyd edilib ki, bu Qanunla təsdiq edilən Rəqabət Məcəlləsinin layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanıb. İnhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual normalarını müəyyən edən Məcəllə layihəsi müxtəlif dövlət qurumları, biznes assosiasiyaları ilə geniş müzakirələr əsasında, onların rəy və təklifləri nəzərə alınaraq hazırlanıb.
“Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktlar Məcəllədə təkmil sənəddə birləşdirilib.
Rəqabəti məhdudlaşdıran üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, haqsız rəqabət və onun formaları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi ilə bağlı məsələlər Rəqabət Məcəlləsinin layihəsində əks olunub. Bundan əlavə, layihə rəqabət qanunvericiliyinin pozulması barədə işlərə baxılması qaydaları, aşkar olunan pozuntulara dair məsuliyyət tədbirləri barədə müddəaları, həmçinin təbii inhisarların fəaliyyətinə dövlət nəzarətinə dair yeni tələbləri ehtiva edir.
"Rəqabət Məcəlləsinin qəbulu bazar subyektlərinin inhisarçı davranışlarının qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması və təbii inhisar subyektlərinin fəaliyyətinə effektiv nəzarətin təşkilində təsirli alət və mexanizmlərdən istifadəyə imkan yaratmaqla, ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
-
48 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























