Bank bazarında keşbek rəqabəti iri banka 100 milyon manata başa gəlib
Azərbaycanın iri banklarından biri olan "Kapital Bank" ASC-nin xalis mənfəətinin bu il azalmasının səbəbləri məlum olub. Azalmanın əsas səbəbinin keşbek, mil və 2 qat ƏDV bonuslar üzrə müştərilərə qaytarılan vəsait olduğu açıqlanıb.
Marja.az-ın "Kapital Bank" ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verdiyi kimi, Bank 2023-cü ilin 9 ayını 182 milyon 12 min manat xalis mənfəət ilə başa vurub. "Kapital Bank" ötən ilin eyni dövrünü 210 milyon 609 min manat xalis mənfəət ilə bağlamışdı. Hesabata görə, xalis mənfəətin 28 milyon 597 min manat azalması xərclərin gəlirlərdən daha çox artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha çox vəsait ayrılması ilə əlaqədardır. "Kapital Bank"ın 2023-cü ili 200 milyon manatdan artıq xalis mənfəət ilə başa vuracağı gözlənilir ki, bu da 2022-ci ilin 308 milyon 47 min manat xalis mənfəəti ilə müqayisədə 100 milyon manatdan çox azdır.
"Kapital Bank"ın İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor Fərid Hüseynov jurnalistlər ilə görüşündə xalis mənfəətin azalmasına aydınlıq gətirib və bildirib ki, Bank mənfəətinin kifayət qədər böyük hissəsini müştəriləri ilə bölüşür: "Bu il "Kapital Bank" loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərinə geri qaytarıb. Xalis mənfəətdə azalmanın əsas hissəsi bununla əlaqədardır. Bundan başqa, bizim gələcəyə investisiyalarımız var, texnologiyalara sərmayə yatırılır. Bildiyimiz kimi, "Kapital Bank" böyük ekosistemin tərkibindədir. Biz ekosistem şirkətləri vasitəsilə də bu il müştərilərə daha çox investisiya etmişik. Bunu gələn il də davam etməyi planlaşdırırıq".
Fərid Hüseynov vurğulayıb ki, 2023-cü ildə Azərbaycanın bank bazarı daha rəqabətli və innovativ olub, nağdsız ödənişlərin həcmi dəfələrlə artıb.
Sonda əlavə edək ki, "Kapital Bank" ASC-nin 100 milyon manat həcmində bir məbləği keşbek, mil və 2 qat ƏDV bonuslar üzrə müştərilərə ödəməsi bank bazarında artan rəqabətə işarə edir. Kart bazarında əsas oyunçu olan banklar müştərilərə alış-verilşərdə daha çox keşbek təqdim etmək uğrunda qızğın rəqabətdədirlər. Bu rəqabət bankların mənfəətin bir hissəsindən məhrum olmaları ilə nəticələnir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















