Moody’s beynəlxalq agentliyi Xalq Bankın reytinq üzrə proqnozunu yüksəltdi
Moody’s Investors Service beynəlxalq reytinq agentliyi ASC “Xalq” Bankının 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyətinin nəticələrini təhlil edib, Bankın reytinqlər üzrə proqnozunu yüksəldərək “Pozitiv” olaraq qiymətləndirib. Agentlik Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B1 səviyyəsində təsdiqləyib.
Xalq Bankın yaydığı press-relizdə bildirilir ki, reytinq agentliyi Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B2 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CR Assessments) Ba3/NP səviyyəsində təsdiqləyib.
Moody’s ekspertləri Xalq Bankın reytinq üzrə proqnozunun “Pozitiv” olaraq qiymətləndirilməsini maliyyə qurumunun aktivlərinin yüksək keyfiyyəti və gəlirliliyin artması, kredit konsentrasiyasının azalması və sağlam kapital adekvatlığı ilə əlaqələndirir. Xatırladaq ki, 2023-cü ilin III rübünün yekunlarına əsasən Bankın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 14.9% artaraq 3,0 mlrd manata yaxınlaşmışdır.
Bankın uzunmüddətli depozit reytinqləri üzrə «müsbət» proqnoz müstəqil kredit portfelinin və xüsusilə də aktivlərin keyfiyyət və gəlirliliyinin növbəti 12-18 ay ərzində daha da yaxşılaşacağı gözləntilərini əks etdirir. Agentlik bildirir ki, son illər ərzində Xalq Bank problemli kreditlərin payını əhəmiyyətli dərəcədə azaldıb və Bankın kredit portfelinin keyfiyyəti yüksəlib.
Moody's bildirir ki, Bankın xalis gəlir marjası (NIM) 2021-ci ildəki 3,3%-dən 2022-ci ildə 4,0%-ə yüksəlib. Agentliyin ekspertləri kredit portfelinin həcminin çoxalması fonunda bu göstəricinin yenə artaraq Bankın onsuz da güclü maliyyə nəticələrini daha da dəstəkləyəcəyini proqnoz edir. Həmçinin, Moody's növbəti 12-18 ay ərzində Bankın maddi aktivlər üzrə gəlirliliyinin (ROA) 1,5-1,7%-ə qədər güclənəcəyini gözləyir.
Xatırladaq ki, Xalq Bank Moody`s Investors Service beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://xalqbank.az rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





















