Sahibkarlar “İlin İş Adamı” 2023-2024 müsabiqəsinə dəvət olunur
Azərbaycanın iş adamları Dünyanın nüfuzlu işgüzar mükafatı üzrə müsabiqəyə dəvət olunur.(®) EY Azərbaycan şirkəti kiçik və orta sahibkarlıq subyektlərini “İlin İş Adamı” 2023-2024 müsabiqəsində iştirak etməyə dəvət edir.
Ərizələrin qəbulu 29 dekabr 2023 tarixənədək davam edəcək.
Bu nüfuzlu və unikal proqram innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda fəaliyyət göstərən və cəmiyyətə müsbət təsir göstərən uğurlu namizədliklərini (ərizələrini) qəbul edir.
Kimlər iştirak edə bilər?
- Namizəd və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir.
- Namizəd şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və rəhbər vəzifə tutmalıdır.
- Son iki il ərzində şirkətin dövriyyəsi ən azı 1 maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.
- Namizəd son 2 il üzrə vergi nəticələrinin izlənilə bilməsini təmin etməli və maliyyə hesabatlarını təqdim edə bilməlidir.
Namizədliyi necə irəli sürmək olar?
Uyğunluq meyarları ilə bağlı daha ətraflı məlumat almaq və namizədliyi irəli sürmək üçün www.eoy.az saytına daxil olun.
Proqramın cədvəli
Namizədlik üçün ərizələr 29 dekabr 2023-ci il tarixinədək təqdim edilməlidir.
Namizədlər 2024-cü ilin fevral ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
“EY İlin İş Adamı” proqramının milli mərhələsinin finalçıları və yekun qalib fevral ayında keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.
Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.
Münsiflər heyəti
Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca müstəqil münsiflər heyəti tərəfindən uyğun namizədlər arasından finalçılar və qaliblər seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi vəyaradıcılığı, sosial məsuliyyət və dayanıqlığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar.
“EY İlin İş Adamı” proqramı haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
13 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
27 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq























