Moskvaya Yeni il səyahəti - FOTO
(®) 2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi “Milad bayramına səyahət” adlı festival keçirilir. Sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağa imkan verəcək.
Bu il “Milad bayramına səyahət” festivalı 12-ci dəfə Moskva küçələrində Yeni il möcüzəsi atmosferi yaradacaq və bütün paytaxtı sehrə bürüyəcək.
Festivalın təşkil edildiyi 36 meydançada ilin əsas qış bayramına həsr olunan çoxsaylı tədbirlər keçiriləcək. Tədbirlər ziyarətçiləri Moskvanın tarixi, məişəti və Yeni il ənənələri ilə tanış edəcək. Paytaxtın sakinləri və qonaqları boyar dövründən müasir dövrədək şəhərin keçmişinə və bu gününə heyrətamiz səyahətə çıxa biləcəklər.
Azərbaycandan gələn qonaqlar ənənəvi qış xalq əyləncələri ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Festivalın ziyarətçiləri konkisürmə meydançalarında sürüşə və buz üzərində qeyri-adi diskotekalarda iştirak edə, körlinq oyununda güclərini sınaya və qar üzərində kirşə sürə biləcəklər. Festivalın təşkil edildiyi məkanlarda peşəkar aktyorların və fiqurlu konkisürənlərin iştirakı ilə 1500-dən çox heyranedici Yeni il tamaşası və buz şousu nümayiş olunacaq. Maraqlı ustad dərslərində isə festival iştirakçılarına hədiyyə bükmək, evi, Yeni il ağacını və Yeni il süfrəsini bəzəmək qaydası öyrədiləcək.
Festivalın balaca qonaqları üçün Şaxta baba, Qar qız və digər nağıl personajlarının iştirakı ilə Yeni il bayram şənliyi keçiriləcək. Şənlik uşaqların ən böyük arzularını reallaşdıracaq. Böyüklər və uşaqlar qar adamları hazırlayacaq, Yeni il maskaradında iştirak edəcək, karuseldə əylənəcək və “Sehrbazlar məktəbi” adlı ustad dərsində iştirak etməklə əsl bayram ab-havasına qərq olacaqlar.
Səyahətçilər “Moskva çay süfrəsi”ndə iştirak etmək və onun tarixi ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Qonaqlar çay etiketi və qonaqpərvərlik qaydaları ilə tanış olacaq və Moskvanın müxtəlif dövrlərə aid tarixi ab-havasını hiss edə biləcəklər. Teatr meydanında təşkil ediləcək maraqlı teatr proqramı qonaqları keçmişə qaytaracaq və onlara ənənəvi isti un məmulatlarının və Moskva çay kupajlarının dadına baxmaq, çini qablar, mürəbbələr və digər ənənəvi suvenirlər almaq imkanı bəxş edəcək.
“Milad bayramına səyahət” festivalı paytaxt sakinlərinə və qonaqlara bayramın unudulmaz ab-havasına qərq olmağa, hər bir tədbirin keçirildiyi məkanda möcüzəni hiss etməyə, unudulmaz təəssüratlar və emosiyalar almağa imkan verəcək. Festival “Moskva mövsümləri” layihəsi çərçivəsində təşkil edilən çoxsaylı tədbirlərdən biridir. Festival müxtəlif ölkələrdən gələn turistlərə Rusiyanın mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı yaşadacaq.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 1 gün sonra
- 22 saat sonra
-
30 d. sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
-
37 d. əvvəl
“MJ Financial Services BOKT”ın səhmlərini 2 investor əldə etdi - KAPİTALI KƏSKİN ARTIR
-
39 d. əvvəl
"ABB Invest" Qusarda keçirilmiş “İnvestisiya Səyahəti” tədbirində iştirak edib
-
1 saat əvvəl
"Rabitəbank"da yığıncaq keçiriləcək, törəmə şirkətinin rəhbərliyinin tərkibi təsdiq ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Prezident 41,7 milyard manantlıq büdcəni təsdiqlədi
“MJ Financial Services BOKT”ın səhmlərini 2 investor əldə etdi - KAPİTALI KƏSKİN ARTIR
"Rabitəbank"da yığıncaq keçiriləcək, törəmə şirkətinin rəhbərliyinin tərkibi təsdiq ediləcək
Şaxta Baba da Bank Respublika-dan hədiyyə qazanmağa tələsir
Ən çox oxunanlar
“Bakı Ağ Şəhər”də asma piyada körpüsü açıldı
“Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR
Mis qiymətləri yüksəlməkdə davam edir
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda Mudaraba və Murabaha məhsulları sınaqdan keçiriləcək
İri mağazalar şəbəkəsinin dekabra 2 filailı açılıb
Tramp: “Razılaşmaya heç vaxt olmadığı qədər yaxınlaşdıq”




















