Neft ölkəsi idmana böyük investisiyalar yatırır, Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşır
2023/24 mövsümündə Səudiyyə Ərəbistanı Pro Liqasının futbol klubları beynəlxalq transferlərə 949 milyon avro xərcləyib.
Marja.az xəbər verir ki, bu, ötən mövsümlə müqayisədə (45,5 milyon) 20 dəfə çoxdur. Bir il əvvəl super ulduz Kriştiano Ronaldonun Ərəbistana köçməsi digər yüksək profilli futbolçuların yolunu açıb.
Futbola nəhəng investisiyalar (ölkənin İdman Nazirliyi 2030-cu ilə qədər təkcə əsas liqa klubları üçün 19,7 milyard dollar ayırıb) “Vizyon 2030” konsepsiyası çərçivəsində irimiqyaslı infrastruktur, turizm və idman layihələri ölkənin inkişafının mərhələlərindən biridir (ümumi sərmayə 7 trilyon dollardır).
Vision 2030-un əsas məqsədi Səudiyyə Ərəbistanını neft asılılığından xilas etmək, investorlar üçün cəlbedici şərait yaratmaq və ölkənin beynəlxalq nüfuzunu artırmaqdır. Karbohidrogen hasilatı ilə bağlı olmayan dövlət gəlirlərinin büdcənin 16%-dən 50%-ə qədər artırılması nəzərdə tutulur .
Amma səudiyyəlilər özlərini futbolla məhdudlaşdırmırlar. 2021-ci ildən krallıq Formula 1 mərhələsinə, 2020-ci ildən isə Dakar Rallisinə ev sahibliyi edir. 2023-cü ilin oktyabrında boksçu Tayson Fyuri (Tyson Luke Fury) Ər-Riyadda MMA ulduzu Frensis Nqannunu rinqdə məğlub edib. Bundan əlavə, Səudiyyə investorları qolfa da maraq göstərirlər.
Qlobal strategiyanın əsas məqsədi Səudiyyə Ərəbistanını neft asılılığından xilas etmək, investorlar üçün cəlbedici şərait yaratmaq, ölkənin beynəlxalq nüfuzunu artırmaq və gəlir artımını təmin etməkdir. "Vision 2030” 2016-cı ildə təqdim edilib və layihənin rəhbəri vəliəhd şahzadə Məhəmməd bin Salman olub. Sənəddə təkcə ümumi sözlər deyil, həm də krallığın yaxın illərdə nail olmalı olduğu konkret hədəflər var. Məsələn, onlar işsizlik səviyyəsini 11,6%-dən 7%-ə endirmək, əksinə, ev təsərrüfatlarının mədəniyyət və əyləncəyə xərclərini - 2,9%-dən 6%-ə qədər artırmaq istəyirlər. Karbohidrogen hasilatı ilə bağlı olmayan dövlət gəlirlərinin büdcənin 16%-dən 50%-ə qədər artırılması nəzərdə tutulur. Eyni zamanda qadınların iqtisadiyyatda rolu artmalıdır: 22%-dən 30%-ə qədər.
Səudiyyə Ərəbistanının inkişafı ilə bağlı ən mühüm təşəbbüslərin əksəriyyəti "Vision 2030"un ümumi məqsədlərinə tabedir. Ən sensasiyalı ideyalardan biri də səhrada nəhəng şəhərin tikintisidir. Layihə 500 milyard dollar dəyərində qiymətləndirilirilir. "Vision 2030" çərçivəsində ümumi investisiya 7 trilyon dollardır.
İnfrastruktur üçü pullar ayrılması nəzərdə tutulub. Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatı üçün də yeni stadionlar tikiləcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























