Neft bazarındakı vəziyyətin müzakirə edilməsi üçün iclas keçiriləcək
OPEC+ Monitorinq Komitəsinin fevralın 1-də onlayn iclası keçiriləcək. İclasda alyansın nümayəndələri neft bazarındakı vəziyyəti müzakirə edəcəklər.OPEC+ Nazirlərinin Monitorinq Komitəsi alyansın nümayəndələrinin neft bazarındakı vəziyyəti müzakirə edəcəkləri növbəti iclasını fevralın 1-nə təyin edib.
Marja.az-ın xarici mətbuata istinadən məlumatına görə, nümayəndə heyətlərindən birindəki mənbə bildirib ki, görüşün 1 fevral 2023-cü il tarixində onlayn formatda keçirilməsi planlaşdırılır.
Alyansın nazirlər səviyyəsində monitorinq komitəsinin iclaslarında adətən neft bazarındakı vəziyyət qiymətləndirilir və alyansın neft hasilatı siyasəti ilə bağlı tövsiyələr verilir. Bununla belə, komitə zərurət yaranarsa, istənilən vaxt OPEC+-nın ümumi iclasını tələb edə bilər. Nazirlərin monitorinq iclasları indi iki ayda bir dəfə keçirilir.
Nazirlərin Monitorinq Komitəsinin və bütün OPEC+ nazirlərinin sonuncu görüşləri noyabrın 30-da baş tutub. Sonra bir neçə ittifaq ölkəsi 2024-cü ilin birinci rübü üçün əlavə könüllü ixtisarla bağlı qərar qəbul edib ki, onların ümumi həcmi gündəlik 2,2 milyon barel olacaq. Bununla yanaşı, Səudiyyə Ərəbistanı yaydan bəri qüvvədə olan könüllü hasilat məhdudiyyətini (gündəlik 1 milyon) uzadıb, Rusiya isə neft tədarükünü azaldılmasını həcmini gündəlik 200 min barel artıraraq 500 min barelə qədər genişləndirib. Bəzi ittifaq ölkələri (Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, BƏƏ və Oman) hasilatı gündəlik daha 700 min barel azaldacaqlar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
12 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir






















