“Azercell” artıq Laçındadır!
Lider mobil operator Qarabağda sayca üçüncü rəsmi mağazasını Laçında abunəçilərin istifadəsinə verdi(®) “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq “Azercell” Qarabağda üçüncü mağazasını açdı. Laçın şəhərinin mərkəzində - Xosrov bəy Sultanov küçəsində açılmış rəsmi diler mağazası ən müasir avadanlıqlarla təmin olunub. Abunəçilər burada digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər əməliyyatları həyata keçirə bilərlər. Həmçinin abunəçilər yeni açılmış mağazada gündəlik istifadə üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər.
Xatırladaq ki, “Azercell”in Laçınla yanaşı, Qarabağda daha iki rəsmi məntəqəsi - Şuşa şəhərində satış və xidmət, Zəngilanın Ağalı kəndində isə diler mağazası fəaliyyət göstərir.
“Azercell” Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 147 baza stansiyası fəaliyyət göstərir. Şirkət “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.
“Azercell” həmçinin Qarabağda müştəri xidmətləri mərkəzi və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















