"2024-də inşaat materialları istehsalçılarını daha geniş əhatə etməyi, onların inkişafına dəstək olmağı planlaşdırırıq"
9 yanvar 2024-cü il tarixində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) illik hesabat mətbuat konfransı keçirib.
ATMİA Baş katibi Şahanə Sarı mətbuata açıqlamasında 2017-ci ildə yaradılmış ATMİA-nın əsas məqsədinin qeyri neft sektorunda önəmli yer tutan tikinti materialları istehsalının inkişafına dəstək olmaq və ölkəmizdə dayanıqlı iqtisadi və sosial inkişafa yönəlmiş tədbirləri təşviq etməkdən ibarət olduğunu bildirib.
Hazırda üzv sayı 500-ə yaxınlaşan assosiasiya Made in Azerbaijan brendinin təşviqi, inşaat materialları sektorunun ixracat potensialının artırılması istiqamətində sistemli işlər həyata keçirir. Belə ki, sahibkarlar mütəmadi olaraq beynəlxalq sektorial inşaat sərgilərinə işgüzar səfərlər edir, həmçinin ölkə stendlərində milli brendlərimizi uğurla təmsil edirlər. Ötən il ərzində Qazaxıstan, Türkmənistan, Türkiyə, BƏƏ, Yaponiya və s. ölkələrə işgüzar səfərlər edilmiş, eləcə də sahibkarların maariflənməsi üçün beynəlxalq eskpertlər ölkəmizə dəvət edilmiş, ATMİA üzvlərinə özəl master klasslar təşkil olunmuşdur.
2024-cü ildə də Türkiyə, Orta Asiya, Rusiya, Yaxın Şərqi əhatə edən aparıcı tikinti şirkətləri və material istehsalçıları ilə tərəfdaşlıq və əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
“Biz 2024-də üzv sayımızı daha da artırmaqla ölkəmizdə inşaat materialları istehsalçılarını daha geniş miqyasda əhatə etməyi, üzvlərimizə xidmət keyfiyyətini artırmağı, onların professional inkişafına dəstək olmağı planlaşdırırıq"- deyə Şahanə Sarı bildirib.
Qeyd edək ki, Misir Ərəb Respublikası, Qətər, Yaponiya, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirləri, o cümlədən Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) İdarə heyətinin sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın, akademik, millət vəkili Ziyad Səmədzadə ATMİA-nın Fəxri üzvləri sırasındadır.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin 25 dekabr sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilib. Bu il ATMİA üzvləri istehsal prosesində yaşıl və təmiz texnologiyalara, ekoloji yönümlü tikintilərə, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionların dirçəldilməsinə yüksək önəm verməyi, ekoloji sağlam tikinti materiallarının və bərpaolan enerjinin inteqrasiyası da daxil olmaqla beynəlxalq təcrübələrdən istifadə etməyi hədəfləyir.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502509517;
+994502653634
Email: [email protected]
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
11 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 11 saat əvvəl
-
12 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
12 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
12 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
























