İşçi sayının və əməkhaqqı fondunun “ağarması” ilə daxilolmalar 5,2 milyard manata yaxın olub
Sosial sığorta ödəmələri artıb2023-cü il ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,2 milyard manata yaxın olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, bu mənbədən daxilolmalar 2022-ci illə müqayisədə 13,3 faiz və ya 610,5 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar əvvəlki ilə nisbətən 15,1 faiz artaraq 3,3 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2022-ci illə müqayisədə 14,2 faiz artıb və 183 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 faiz artaraq 134,2 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 14,2 faiz artıb və 938,8 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 655,5 milyon manatdan çox təşkil edib.
Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 11,2 faiz artıb
Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 147,6 milyon manatdan çox olub. Bu, 2022-ci illə müqayisədə 11,2 faiz və ya 14,8 milyon manat çoxdur. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 20,2 faiz artaraq 45,8 milyon manat təşkil edib.
2023-cü il ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 16,7 faiz artıb və 4 milyon manat olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilə nisbətən 5,5 faiz artaraq 24,3 milyon manatdan çox təşkil edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























