Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirib - YENİLƏNİB
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlərini davam etdirir.
Marja.az xəbər verir ki, bu barədə Cabbarov özününü "X" sosial şəbəkəsindəki səhifəsində məlumatlar paylaşıb.
Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə "Trafigura Group Pte Ltd"nin sədri və baş icraçı direktoru Ceremi Veirlə şirkətin ölkəmizlə yaşıl enerjiyə keçid, dekarbonizasiya, alüminium istehsalı kimi sahələrdə səmərəli əməkdaşlığını, Azərbaycanın biznes mühitinin perspektivlərini və COP29 çərçivəsində potensial sahələrdə birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.
Nazirin "Indorama Ventures" şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşündə, ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, ölkəmizin dayanıqlı istehsala keçid sahəsində hədəfləri, şirkət tərəfindən təqdim edilən səmərəli mexanizmlər və əməkdaşlıq imkanları başlıca müzakirə mövzuları olub.
Davos İqtisadi Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "Honeywell" şirkətinin baş icraçı direktoru Vimal Kapur ilə də görüşüblər. Görüş zamanı Şirkətin ölkəmizlə əməkdaşlığı, təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparılıb.
Mikayıl Cabbarov Slovakiyanın Baş naziri Robert Fiso ilə görüşdə Azərbaycan və Slovakiya arasında iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə birlikdə Harvard Kennedi Məktəbinin "Growth Lab" laboratoriyasının direktoru Rikardo Hausmanla görüş olub. Görüş zamanı strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər, ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, davamlı inkişaf hədəfləri və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
"McKinsey & Company" şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, biznes mühitinin və insan kapitalının innovativ əsaslarla inkişafı istiqamətində şirkətlə əməkdaşlıq və iqtisadiyyatda rəqəmsal transformasiyanın perspektivləri barədə danışılıb.
Yaşıl enerjiyə keçidin təmin edilməsi üçün ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni intensivləşdirmək məqsədilə bu sahədə ixtisaslaşmış şirkətlərlə fəal əməkdaşlıq qurulur. Davos İqtisadi Forumu çərçivəsində Hindistanın "ReNew" şirkətininsədri və baş icraçı direktoru Sumant Sinha ilə görüşdə ekoloji mühiti dəstəkləyən biznes həllərini, şirkətin təklif etdiyi dekarbonizasiya mexanizmləri ilə ölkəmizin sıfır emissiyaya doğru hədəflərini reallaşdırmaq imkanlarını nəzərdən keçirilib.
İqtisadiyyat naziri "Vestas Wind Systems A/S" şirkətinin vitse-prezidenti Morten Dirholm ilə dayanıqlıenerji mənbələrindən səmərəli istifadənin iqlim dəyişiklikləri şəraitində əhəmiyyətinin artdığını vurğulanıb, ölkəmizdə həyata keçirilən alternativenerji layihələri, "yaşıl" texnologiyaların tətbiqi və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarıı müzakirə edilib.
Mikayıl Cabbarov "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşündə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşdə AYİB – Azərbaycan əməkdaşlığının bərpaolunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyəti, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyini və COP29 tədbirinin ölkəmizdə keçirilməsinin perspektivləri vurğulanıb. AYİB-in bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Carlsberg Group" şirkətininbaş icraçı direktoru Yakob Orup-Andersen ilə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışıb. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işlər və yeni əməkdaşlıq imkanlarını dəyərləndirilib.
Naizr "Japan Tobacco International" şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşündə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışılıb. Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.
Davos İqtisadi Forumu çərçivəsində Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri, regional iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlar və ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlər bölüşülüb.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüş zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla vurğulanıb və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
31 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 39 d. əvvəl
-
- 50 d. əvvəl
- 54 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az


























