“Azərbaycan Dəmir Yolları”nın sədri Türkiyədə bir sıra ikitərəfli görüşlər keçirib
Türkiyədə işgüzar səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov 25 yanvar tarixində bir sıra ikitərəfli görüşlər keçirib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, ilk olaraq Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (TCDD) direktoru və İdarə Heyətinin sədri Hasan Pezukla baş tutmuş görüş zamanı iki ölkə arasında dəmir yolu sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən Qars-Naxçıvan dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə təkmilləşdirmə işləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin iki ölkənin dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.
Daha sonra ADY sədri “TCDD Taşımacılık” şirkətinin direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək planlar, eləcə də Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























