Rusiyanın Azərbaycan və Türkiyədən yumurta idxalı 11 milyon ədədi keçib
Azərbaycan və Türkiyədən Rusiyaya ərzaq yumurtalarının ixracı davam edir.
Marja.az Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, ötən ilin sonunda Rusiya bazarının açılmasının indiyədək ölkə Azərbaycan və Türkiyədən 11,1 milyon ədəddən çox yumurta idxa edib.
6 Azərbaycan şirkəti və 21 Türkiyə şirkəti süfrə yumurtasının ixracına icazə alıb.
Ümumilikdə, Azərbaycandan Rusiyaya 5,5 milyon ədəd yumurta daxil olub: 2023-cü ilin dekabrında 1,2 milyon ədəd, 2024-cü ilin yanvarında 4,3 milyon ədəd.
Azərbaycan süfrə yumurtasının ilk partiyası 2023-cü il dekabrın 19-da Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Rusiyaya gətirilib.
Azərbaycandan ərzaq yumurtası idxalı üçün Rusiya bazarının açılması barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin apardığı danışıqların nəticələrinə əsasən qəbul edilib.
Bu ilin yanvar ayında Türkiyədən ölkəyə 5,6 milyon ədəd yumurta idxal edilib,.
Eyni zamanda, Belarus Rusiyaya yumurtanın sabit tədarükçüsü olaraq qalır. Son dörd il ərzində Belarus Rusiya bazarına ildə orta hesabla 630 milyon ədəddən çox yeməli yumurta göndərib. 2024-cü ilin yanvar ayında respublika Rusiyaya 69 milyon ədəd yumurta tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (40,4 milyon ədəd) 1,7 dəfə çoxdur.
2024-cü ilin yanvar ayında Rusiya Belarus, Azərbaycan və Türkiyədən 78,9 milyon ədəd yumurta idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat sonra
-
8 d. əvvəl
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 12 d. əvvəl
-
-
27 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
2 saat əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
2 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“Bakı Ağ Şəhər”də Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Rəsmi məzənnələr açıqlandı























