Bu şirkətə balıq və tərəvəz bitkiləri ucuz başa gəlir
Yenidən tikilib qurulan Laçında yeni sənaye və təsərrüfat sahələri də yaradılır. Belə təsərrüfatlardan biri də "Akvaponika Laçın" balıq və bitki yetişdirilmə müəssisəsidir.
Bu sistem Azərbaycanda ilk olaraq Laçın rayonunda Həkəri çayının sahilində qurulub. Sistemi yaratmaqda əsas məqsəd ekoloji cəhətdən təmiz bitkilər yetişdirməkdir.
Bu barədə Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, müəssisədə istifadə olunan maddələr balıqları qida ilə təmin edir. Balıqların filtirasiya olunmuş gübrəli suyu isə sistemdə dövr edərək bütün bitkiləri qidalandırır. Sistemin üstünlüyü suyun itkiyə getməməsidir. Müəssisə içməli su ilə yox, Həkəri çayından götürülən su ilə təmin olunur. Tam təbii şəkildə yetişdirilən bitkilər həm də sərfəli şərtlərlə başa gəlir.
Hazırda müəssisədə sazan cinsi balıqlar saxlanılır. Yaxın zamanlarda farel və nərə balıqlarının da gətirilməsi planlaşdırılır. Burada balıqlarla bitkilərin paralel şəkildə inkişafı vacibdir. Balıq bol olarsa, gübrəsi də çox olar. Balıq az olduğu halda da bitkilər tələf ola bilər. Ona görə də sistemdə balıq sayı artdıqca, bitkilərin də sayı əkilərək artırılır.
2023-cü ilin iyul ayından fəaliyyətə başlayan müəssisədə ilk olaraq üç növdə - qırmızı, qırmızı-yaşıl, yaşıl kahı və ispanaq əkilib. Həmçinin Çin kələmləri də yetişdirilir. 2023-cü ilin dekabr ayından isə pomidor şitilləri əkilib. Növbəti mərhələdə çiyələk, kök, göyərti və digər bitki çeşidlərinin əkilməsi də nəzərdə tutulur. Artıq yetişdirilən bitkilərin satışı təşkil olunur. Hazırda 270 kvadratmetr ərazidə yerləşən müəssisədə 5 nəfər Laçın sakini işlə təmin edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
3 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















