AzerTelecom şirkətinin Baş direktoru beynəlxalq konfransda çıxış edib
(®) AzerTelecom şirkətinin Baş direktoru Ana Nakaşidze ötən həftə Dubayda (BƏƏ) keçirilmiş Capacity Middle East tədbirində panel müzakirəsində çıxış edib.
“Mövcud marşrutların diversifikasiyası Yaxın Şərqin internet kabel xəritəsini dəyişirmi?” mövzusunda keçirilmiş müzakirələrdə telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Panel müzakirəsi zamanı xüsusilə süni intellektin inkişafı və rabitə texnologiyalarının sürətli yayılması, eləcə də internet resurslarından asılılığın güclənməsi fonunda marşrutların şaxələndirilməsinə artan tələbat və beynəlxalq bağlantı xidmətlərinin davamlılığı məsələləri müzakirə edilib.
“Qlobal və regional şəraitin, eləcə də yeni texnologiyaların internetin yayılması coğrafiyasına təsir etməsi səbəbindən, Yaxın Şərq və qonşu region ölkələri bağlantı xidmətləri üçün yeni dəhlizlər və coğrafi imkanları axtarırlar. Cənubi Qafqaz və ya Orta dəhliz Yaxın Şərq üçün bağlantı xidmətlərinin təmini istiqamətində əvvəlki dövrlə müqayisədə daha önəmli və aktual marşruta çevrilir. Sözügedən regionda yeni, irimiqyaslı layihələrin həyata keçirilməsi bu marşrutun səmərəliliyinin artırılmasına və daha cəlbedici olmasına təsir göstərəcək”, — deyə Ana Nakaşidze vurğulayıb.
Capacity Middle East Yaxın Şərq və ətraf regionlardan 2600-dən çox İKT sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri cəlb edən əhəmiyyətli qlobal tədbirlərindən biridir. Tədbir telekommunikasiya operatorları, bulud texnologiyaları, kontent, proqram təminatları, məlumat mərkəzləri və digər sahələrin nümayəndələrini bir araya gətirir.
AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























