Azercell “Biznesim" tarif paketlərində internetin həcmini artırır
“Azercell Telekom” “Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmini 2-5 GB civarında artırır. Bu artıma qarşı qiymətlər cəmi 2 manat qalxacaq.
Marja.az Şirkətə istinadən xəbər verir ki, 25 mart 2024-cü il tarixdən etibarən “Azercell Telekom” MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan “Biznesim 1GB”, “Biznesim 3GB”, “Biznesim 5GB”, “Biznesim 10GB” və “Biznesim 50GB” tarif paketləri üzrə daha əlverişli şərtlər təqdim edilməyə başlanılır. Belə ki, “Biznesim” tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmində artım edilməklə daha rahat istifadə imkanı yaradılır. Eyni zamanda abunəçilər “Biznesim” tarif paketləri üzrə digər imkanlardan (zəng\SMS) mövcud şərtlərlə yararlanmağa davam edəcəklər.
25 mart 2024-cü il tarixdən etibarən “Biznesim 1GB” tarifi “Biznesim 3GB” (+ 2GB), “Biznesim 3GB” tarifi “Biznesim 6GB” (+3GB), “Biznesim 5GB” tarifi "Biznesim 9GB" (+4GB), “Biznesim 10GB” tarifi "Biznesim 15GB" (+5) və “Biznesim 50GB” tarifi "Biznesim 55GB" (+5GB) adlanacaq. Qiymətlər isə 12 AZN, 17 AZN, 22 AZN, 32 AZN və 52 AZN deyil, müvafiq olaraq 14 AZN, 19 AZN, 24 AZN, 34 AZN və 54 AZN təşkil edəcəkdir.
Qeyd edilib ki, abunəçilər göstərilən dəyişikliklər, “Biznesim” tarif paketlərinin sifariş, başqası ilə əvəz etmə və imtina qaydası barədə ətraflı məlumatları Şirkətin rəsmi internet səhifəsindən, həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
25 mart 2024-cü il tarixdən etibarən tariflər

Hazırda qüvvədə olan tariflər

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























