Daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin geri alınması ilə bağlı 6211 müraciətə imtina cavabı verilib
7457 müraciət üzrə 28,6 milyon manat ƏDV geri qaytarılıb.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı layihə uğurla davam etməkdədir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, vətəndaşlar tərəfindən hazırkı tarixə qədər portal üzərindən ümumilikdə 14 mindən artıq müraciət daxil olub. Bu müraciətlərdən 7457-si üzrə 28,6 milyon manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib, 6211 müraciətə Qaydaların tələblərinə uyğun olaraq imtina edilib.
Eyni zamanda portal istifadəyə verildiyi tarixdən bu yana bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1160 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, bunlardan 749-u təsdiqlənib, 401-nə imtina verilib.
Məlumat üçün qeyd edilməlidir ki, 13 sentyabr 2023-cü il tarixindən etibarən geri qaytarılan vəsaitlərin şəxsin müvəkkil bankda olan virtual “ƏDVgerial” hesabına köçürülməsi təmin edilir. Bu addım, öz növbəsində, əvvəllər bu sahədə mövcud olan bir sıra çətinlikləri aradan qaldırıb.
Dövlət Vergi Xidməti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə olunur. Bunlar əsasən son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatında e-qaimənin məlumatlarının əks olunmaması, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi və ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi ilə bağlıdır.
Dövlət Vergi Xidməti həmçinin mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələrini tövsiyə edir. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq-təhlil işləri aparılır.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
Fevralın 20-də gözlənilən hava şəraiti
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
12 bankın xalis mənfəəti azalıb
Ən çox oxunanlar
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub
OpenAI-nin yeni maliyyələşdirmə turu 100 milyard dolları aşa bilər
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi






















