Bakı-Tbilisi-Qars üzrə işlərin tezliklə başa çatdırılmasını müzakirə edilir
2024-cü ilin birinci rübündə bütövlükdə layihənin tam sona çatdırılması planlaşdırılır."Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.
Gürcüstan bürosu xəbər verir ki, səfərin məqsədi Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində aparılan tikinti-bərpa və yenidənqurma işləri ilə tanış olmaqdır.
Qeyd edək ki, BTQ-də genişləndirilmə işləri ötən ildən başlayıb və hazırda infrastrukturun tam hazır vəziyyətə gətirilməsi, yekunlaşmaq üzrədir.
Səfər çərçivəsində, həmçinin Gürcüstan və Türkiyənin dəmiryolu idarələrinin rəhbərləri ilə sahəyə baxış keçirəcək. Görüşdə BTQ-nin Gürcüstan hissəsində işlərin tezliklə başa çatdırılması, yükdaşımalarının həcminin artırılması diqqət mərkəzində olacaq. 2024-cü ilin birinci rübündə bütövlükdə layihənin tam sona çatdırılması planlaşdırılır.
Gürcüstanda dəmir yolu magistrallarının modernləşdirilməsi layihələri isə bu ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Asiya və Avropa arasında yükdaşıma vaxtını əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da ölkə ərazisindən əlavə yük axınının cəlb edilməsi üçün zəruri şərtdir. İlkin mərhələdə, BTQ ilə yükdaşımaların həcmi ildə 6,5 milyon ton olacaq, 1 milyona qədər sərnişin daşınacaq.
BTQ sayəsində yüklər Pekindən (Çin) Londona (Böyük Britaniya) 12-15 günə çatdırıla bilir. Halbuki, dəniz yolu ilə, Afrikadan keçməklə Avropadan Asiyaya yükdaşımaları 45-62 gün ərzində həyata keçirilir. Rusiya marşrutundan istifadə edərkən isə yüklərin Çindən Avropaya çatdırılması 32 gün çəkir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























