Azərbaycanın böyük yumurta istehsalçıları birləşdi
"YUMURTA No 1" MMC şirkəti "Hacıqabul Quşçuluq Şirkəti"nə qoşulub.
Marja.az xəbər verir ki, "Hacıqabul Quşçuluq Şirkəti" MMC "YUMURTA No 1" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
"YUMURTA No 1" MMC isə fəaliyyətinə xitam verərək "Hacıqabul Quşçuluq Şirkəti" MMC-yə qoşulduğunu elan edib. "YUMURTA No 1" MMC-nin hüquq və vəzifələri "Hacıqabul Quşçuluq Şirkəti" MMC-yə keçir.
31.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınmış "YUMURTA No 1" MMC 77 min 867 manat nizamnamə kapitalına malikdir. Şirkətin hüquqi ünvanı Sabirabad rayonu, Axtaçı Muğan, qanuni təmsilçisi (direktoru) Babaşov Şöhrət Adışirin oğlu
25.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınmış "Hacıqabul Quşçuluq Şirkəti" MMC 279 min 713.46 ABŞ dolları nizamnamə kapitalına malikdir. Şirkətin hüquqi ünvanı Hacıqabul rayonu, Ağacanı kəndi, qanuni təmsilçisi (direktoru) Babaşov Nemət Adışirin oğludur.
Nemət Babaşov və Şöhrət Babaşov "YUMURTA No 1" MMC-nin təsisçiləridir.
"YUMURTA No 1" şirkətinin saytında bildirilir ki, Hacıqabul Quşçuluq Şirkətinin ısası 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulmuşdur. Daima ən yeni istehsal texnologiyaları və avadanlıqlardan istifadə edən, 30.0000kv. metr sahədən ibarət olan fabrik, hazırda, illik 150.000.000 ədəd yumurta istehsal gücü ilə ölkəmizin, eləcə də Zaqafqaziyanın ən böyük yumurta istehsalçısıdır. Şirkət xaricə yumurta ixracı ilə də məşğul olur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 d. əvvəl
-
- 6 d. əvvəl
- 32 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















