Bakının bəzi mərkəzi küçələrinə avtomobillərin girişi qadağan olunur
Bakının mərkəzi küçələrinə avtomobillərin girişi qadağan olunacaq, bu ərazilər piyadaların istifadəsinə veriləcək.17 mart tarixindən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib
Belə ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaqlar.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq.
Məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaları üçün ərazidə yaşayan sakinlərə “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə olunur.
Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.
Bakı şəhərinin mərkəzi hər zaman sakinlərin və qonaqların ən sıx ziyarət etdikləri məkandır. Həftəsonları isə piyadaların sayı dəfələrlə artır. Ərazidə böyük piyada axınının müşahidə edilməsi burada təhlükəsiz istirahət zonasının yaradılmasını zəruri edib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
22 d. əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
-
- 24 d. əvvəl
-
42 d. əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb






















